Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsində
dəyişikliklər edilməsi haqqında
Azərbaycan Respublikasının
Qanunu
Azərbaycan
Respublikasının Milli Məclisi Azərbaycan Respublikası
Konstitusiyasının 94-cü maddəsinin I hissəsinin 17-ci
bəndini rəhbər tutaraq qərara alır:
Azərbaycan
Respublikasının İnzibati Xətalar Məcəlləsində
(Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2000, N 8, I
kitab, maddə 584, N 12, maddə 835; 2001, N 1, maddə 24, N 3,
maddə 139, N 7, maddə 455, N 11, maddələr 680, 698, N 12,
maddə 731; 2002, N 1, maddə 9, N 4, I kitab, maddə 165, N 5,
maddələr 234, 237, 239, N 6, maddə 326, N 8, maddə 463, N
12, maddə 692; 2003, N 1, maddələr 3, 13, 23, N 4, maddələr
177, 178, N 5, maddə 228, N 6, maddələr 257, 276, 279, N 8, maddələr
407, 425, N 12, I kitab, maddələr 676, 696, II kitab, maddələr
713, 714; 2004, N 1, maddələr 6, 7, 10, 13, N 4, maddələr
200, 201, 204, N 5, maddələr 313, 314, 317, 321, N 6, maddə 397,
N 8, maddələr 596, 597, N 10, maddələr 762, 779, N 11, maddə
900, N 12, maddə 973; 2005, N 1, maddələr 5, 6, N 2, maddə
61, N 4, maddələr 272, 273, 275, 278, N 6, maddələr 462,
466, N 7, maddə 576, N 8, maddələr 691, 692, N 10, maddələr
875, 877, 904, N 11, maddələr 993, 994, 995, N 12, maddələr
1083, 1085; 2006, N 2, maddələr 64, 68, N 3, maddələr 219, 220, 223, 225, N
5, maddə 385, N 6, maddə 478, N 11, maddələr 923, 924, 932,
N 12, maddələr 1005, 1020, 1024; 2007, N 1, maddələr 3, 4,
N 2, maddələr 65, 68, N 5,
maddələr 397, 398, 401, 440, N 6, maddələr 560, 561, 562,
579, N 8, maddə 757, N 10, maddələr 935, 936, 938, 940, N 11,
maddələr 1048, 1049, 1053, 1070, 1077, 1080, 1089, 1091, N 12, maddələr
1195, 1211, 1217, 1218, 1221; 2008, N 2, maddə 47, N 3, maddələr
146, 152, 159, N 4, maddə 249, N 5,
maddə 340, N 6, maddələr 454, 460, 461, 464, N 7, maddələr
601, 602, 605, N 8, maddələr
699, 701, 711, N 10, maddələr 884, 885, N 11, maddələr 956,
957, N 12, maddələr 1045,
1047, 1049; 2009, N 2, maddələr 36, 45, 49, 52, 53, N 5, maddələr
309, 315, N 6, maddələr 404, 405, N 7, maddələr 517, 518,
519, N 8, maddə 611, N 12, maddələr 953, 954, 966, 971; 2010, N
2, maddələr 70, 71, N 3, maddələr
167, 171, 178, N 4, maddələr 275, 276, N 5, maddələr 379,
380, N 6, maddə 483, N 7, maddələr 577, 591, 594, 595, 598, 600,
N 10, maddə 838, N 11, maddələr 936, 938, 949, N 12, maddə
1059; 2011, N 2, maddələr 70, 71, N 3, maddələr 162, 164,
167, 168, 170, N 4, maddələr 246, 254, N 6, maddələr 470,
479, 487, N 7, maddələr 596,
614, N 10, maddə 881, N 11, maddə
981, N 12, maddələr 1094, 1095, 1099, 1103, 1106; 2012, N 1, maddə
3, N 2, maddə 50, N 3, maddə 194, N 4, maddə 271, N 5, maddə
404, N 6, maddə 499, N 7, maddələr 649, 665, 667, N 9, maddə
843, N 11, maddələr 1046, 1047, 1055, 1064, 1069; 2013, N 1, maddələr
12, 13, 23; Azərbaycan Respublikasının 2012-ci il 21 dekabr
tarixli 526-IVQD nömrəli, 28 dekabr tarixli 539-IVQD nömrəli,
2013-cü il 1 fevral tarixli 549-IVQD nömrəli, 15 fevral tarixli
563-IVQD nömrəli, 22 fevral tarixli 570-IVQD və 575-IVQD
nömrəli qanunları) aşağıdakı dəyişikliklər
edilsin:
1.
50-ci maddənin sanksiyasında "surətinin
çıxarılması (istehsalı) üçün
istifadə edilmiş material və avadanlıqlar" sözləri
"hazırlanmasında (istehsal edilməsində) və
yayılmasında istifadə olunan materiallar, avadanlıqlar və
hüquqpozmaya səbəb olan digər vasitələr"
sözləri ilə əvəz edilsin.
2.
50-2-ci maddənin sanksiyasında "istehsal olunmuş və ya
yayılmış" sözləri
"hazırlanmış (istehsal edilmiş) və
yayılmış" sözləri ilə əvəz
edilsin.
3.
50-3-cü maddənin sanksiyasında "surətçıxarılması
üçün istifadə edilmiş material və
avadanlıqlar, eləcə də hüquq pozuntularına səbəb
olan digər alətlər" sözləri
"hazırlanmasında (istehsal edilməsində) və
yayılmasında istifadə olunan materiallar, avadanlıqlar və
hüquqpozmaya səbəb olan digər vasitələr" sözləri
ilə əvəz edilsin.
4.
199-cu maddənin qeyd hissəsində "205-ci" sözlərindən
sonra ", 205-1-ci" sözləri əlavə edilsin.
5. Məcəlləyə
aşağıdakı məzmunda 205-1-ci maddə əlavə
edilsin:
"Maddə
205-1. Nəzarət markalarının qəsdən məhv
edilməsi, saxtalaşdırılması, qeyri-qanuni yolla
hazırlanması, istifadəsi və satışı
Nəzarət
markalarının qəsdən məhv edilməsinə,
saxtalaşdırılmasına, qeyri-qanuni yolla
hazırlanmasına, istifadəsinə və
satışına görə -
"Əqli
mülkiyyət hüquqlarının təminatı və
piratçılığa qarşı mübarizə
haqqında", "İstehlakçıların
hüquqlarının müdafiəsi haqqında", "Dərman
vasitələri haqqında" və "Dini etiqad
azadlığı haqqında" Azərbaycan Respublikası
qanunlarının tələblərinin pozulması ilə
hazırlanan (istehsal edilən), istifadə edilən və
satılan nəzarət markaları, habelə onların
hazırlanmasında (istehsal edilməsində) və
yayılmasında istifadə olunan materiallar, avadanlıqlar və
hüquqpozmaya səbəb olan digər vasitələr
müsadirə edilməklə, fiziki şəxslər min manat
miqdarında, vəzifəli şəxslər iki min manat
miqdarında, hüquqi şəxslər üç min manat
miqdarında cərimə edilir.".
6.
360.1-ci maddəyə "205," rəqəmlərindən
sonra "205-1," rəqəmləri əlavə edilsin.
İlham ƏLİYEV,
Azərbaycan Respublikasının
Prezidenti
Bakı şəhəri, 30 aprel
2013-cü il
Azərbaycan.-2013.- 19 may.- S.2.