«Azərbaycan folkloru
nümunələrinin hüquqi
qorunması
haqqında» Azərbaycan Respublikasının Qanununda dəyişiklik
edilməsi barədə
Azərbaycan Respublikasının
Qanunu
Azərbaycan
Respublikasının Milli Məclisi Azərbaycan Respublikası
Konstitusiyasının 94-cü maddəsinin I hissəsinin
13-cü bəndini rəhbər tutaraq, "Azərbaycan
folkloru nümunələrinin hüquqi qorunması
haqqında" Azərbaycan Respublikasının Qanununu "Əqli
mülkiyyət hüquqlarının təminatı və
piratçılığa qarşı mübarizə
haqqında" Azərbaycan Respublikasının Qanununa
uyğunlaşdırmaq məqsədi ilə qərara alır:
"Azərbaycan
folkloru nümunələrinin hüquqi qorunması
haqqında" Azərbaycan Respublikası Qanununun (Azərbaycan
Respublikasının Qanunvericilik Toplusu, 2003, N 8, maddə 406;
2009, N 12, maddə 971; 2011, N 6, maddə 462) 11-ci maddəsində
"istehsal olunan və ya yayılan" sözləri
"hazırlanan (istehsal edilən) və yayılan"
sözləri ilə əvəz edilsin.
İlham ƏLİYEV,
Azərbaycan Respublikasının
Prezidenti
Bakı şəhəri, 30 aprel
2013-cü il
Azərbaycan.-2013.- 19 may.- S.4.