«Müəlliflik hüququ
və əlaqəli hüquqlar
haqqında» Azərbaycan
Respublikasının Qanununda dəyişiklik edilməsi barədə
Azərbaycan Respublikasının
Qanunu
Azərbaycan
Respublikasının Milli Məclisi Azərbaycan Respublikası
Konstitusiyasının 94-cü maddəsinin I hissəsinin
13-cü bəndini rəhbər tutaraq, "Müəlliflik
hüququ və əlaqəli hüquqlar haqqında" Azərbaycan
Respublikasının Qanununu "Əqli mülkiyyət
hüquqlarının təminatı və
piratçılığa qarşı mübarizə
haqqında" Azərbaycan Respublikasının Qanununa
uyğunlaşdırmaq məqsədi ilə qərara alır:
"Müəlliflik
hüququ və əlaqəli hüquqlar haqqında" Azərbaycan
Respublikası Qanununun (Azərbaycan Respublikasının
Qanunvericilik Toplusu, 1997, N 3, maddə 167; 2001, N 11, maddə 691;
2002, N 12, maddə 706; 2004, N 3, maddə 133; 2005, N 8, maddə
684; 2008, N 2, maddə 49, N 5, maddə 342; 2010, N 11, maddə 937)
4-cü maddəsində "pirat məhsul"
anlayışı aşağıdakı redaksiyada verilsin:
"pirat
məhsul" - hüquq sahibinin razılığı olmadan
hazırlanan (istehsal edilən) və yayılan əsər və
fonoqram nüsxələri;".
İlham ƏLİYEV,
Azərbaycan Respublikasının
Prezidenti
Bakı şəhəri, 30 aprel 2013-cü il
Azərbaycan.-2013.- 19 may.- S.4.