«Ölkədən getmək, ölkəyə gəlmək və pasportlar haqqında» Azərbaycan Respublikasının Qanununda dəyişikliklər edilməsi barədə

 

Azərbaycan Respublikasının Qanunu

 

Azərbaycan Respublikasının Milli Məclisi Azərbaycan Respublikası Konstitusiyasının 94-cü maddəsinin I hissəsinin 1-ci və 10-cu bəndlərini rəhbər tutaraq qərara alır:

Maddə 1. "Ölkədən getmək, ölkəyə gəlmək və pasportlar haqqında" Azərbaycan Respublikasının Qanununda (Azərbaycan Respublikası Ali Sovetinin Məlumatı, 1994, N 18, maddə 243; 1995, N 14, maddə 237; Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 1997, N 5, maddə 385, N 6, maddə 493; 1998, N 2, maddə 70; 2000, N 12, maddə 835; 2001, N 3, maddə 143, N 6, maddə 378, N 11, maddə 674; 2002, N 1, maddə 4, N 8, maddə 463; 2004, N 7, maddə 505; 2005, N 3, maddə 152, N 10, maddə 874; 2006, N 1, maddə 3, N 2, maddə 64, N 3, maddə 219, N 4, maddə 319, N 11, maddə 933, N 12, maddələr 1006, 1017, 1029; 2007, N 7, maddə 712, N 8, maddə 753, N 11, maddə 1053; 2008, N 3, maddə 158, N 8, maddələr 699, 701, N 10, maddə 886; 2009, N 7, maddə 519; 2010, N 3, maddə 166, N 4, maddə 276, N 11, maddə 935; 2011, N 4, maddə 270, N 6, maddə 474, N 7, maddə 580; 2012, N 7, maddə 647) aşağıdakı dəyişikliklər edilsin:

1.1. 2-ci maddə üzrə:

1.1.1. birinci hissənin:

1.1.1.1. birinci cümləsində "viza əsasında" sözləri "viza, habelə xarici dövlətlərlə müvafiq beynəlxalq müqavilə bağlanmış olduğu halda, şəxsiyyət vəsiqəsi əsasında" sözləri ilə əvəz edilsin;

1.1.1.2. ikinci cümləsində "hüququ" sözündən sonra ", onun ölkəyə qayıtmaq hüququ verən digər sərhədkeçmə sənədi olmadıqda," sözləri əlavə edilsin;

1.1.2. üçüncü hissə üzrə:

1.1.2.1. birinci cümlədə "notarius tərəfindən ya qanunvericiliklə nəzərdə tutulmuş qaydada" sözləri "notariat qaydasında" sözləri ilə əvəz edilsin;

1.1.2.2. aşağıdakı məzmunda üçüncü cümlə əlavə edilsin:

"Yetkinlik yaşına çatmamış vətəndaşın valideynlərindən birinin ölüm haqqında şəhadətnaməsi, yaxud onun ölmüş ya itkin düşmüş elan edilməsi, valideynlik hüququndan məhrum edilməsi barədə məhkəmənin qərarı ya müvafiq icra hakimiyyəti orqanı tərəfindən verilmiş doğum haqqında akt qeydində ata barədə məlumatın ananın göstərişi üzrə yazılması haqqında arayış təqdim edildikdə, həmin valideynin razılığı tələb olunmur.";

1.1.3. dördüncü hissənin birinci cümləsində "notarius tərəfindən ya qanunvericiliklə nəzərdə tutulmuş qaydada" sözləri "notariat qaydasında" sözləri ilə əvəz edilsin;

1.2. 4-cü maddənin birinci hissəsi aşağıdakı redaksiyada verilsin:

"Ümumvətəndaş pasportu vətəndaş müraciət etdikdən sonra on günü müddətində, Azərbaycan Respublikası vətəndaşının ya onunla gedən şəxsin (şəxslərin) təcili müalicəsi, yaxud xaricdə yaşayan yaxın qohumunun ağır xəstəliyi ya ölümü ilə bağlı hallarda isə iki günü müddətində müvafiq icra hakimiyyəti orqanının təsdiq etdiyi "Ölkədən getmək, ölkəyə gəlmək pasportlar haqqında" Azərbaycan Respublikası Qanununun tətbiqi barədə Əsasnamə"də nəzərdə tutulan sənədlər əsasında müvafiq icra hakimiyyəti orqanı tərəfindən verilir. "Dövlət rüsumu haqqında" Azərbaycan Respublikasının Qanunu ilə nəzərdə tutulmuş hallarda ümumvətəndaş pasportu vətəndaşın ödədiyi dövlət rüsumunun məbləğinə müvafiq olaraq beş ya bir günü müddətində verilir.";

1.3. 5-ci maddənin birinci hissəsində " 18 yaşına çatmış əmək qabiliyyəti olmayan uşaqlarına" sözləri ", 18 yaşına çatmamış uşaqlarına 18 yaşına çatmış əmək qabiliyyəti olmayan övladlarına" sözləri ilə əvəz edilsin;

1.4. 6-cı maddə üzrə:

1.4.1. birinci hissənin 3-cü bəndində "arvadına (ərinə)" sözlərindən sonra    ", 18 yaşına çatmamış uşaqlarına, 18 yaşına çatmış əmək qabiliyyəti olmayan övladlarına" sözləri əlavə edilsin;

1.4.2. üçüncü hissə ləğv edilsin dördüncü-altıncı hissələr müvafiq olaraq üçüncü-beşinci hissələr hesab edilsin;

1.5. 7-ci maddənin dördüncü hissəsində " barmaq izi" sözləri ", 15 yaşına çatmış vətəndaşın əl-barmaq izi" sözləri ilə əvəz edilsin;

1.6.  8-ci maddənin üçüncü hissəsinə aşağıdakı məzmunda ikinci cümlə əlavə edilsin:

"15 yaşına çatmamış vətəndaşlardan əl-barmaq izi götürülmür.".

Maddə 2. Qanunun qüvvəyə minməsi

2.1. Bu qanunun 1.1.2, 1.1.3, 1.2 - 1.6-cı maddələri 2013-cü il sentyabrın 1-dən qüvvəyə minir.

2.2. Bu qanunun 1.1.1-ci maddəsi 2014-cü il yanvarın 1-dən qüvvəyə minir.

 

 

İlham ƏLİYEV,

Azərbaycan Respublikasının Prezidenti

Bakı şəhəri, 19 aprel 2013-cü il

 

Azərbaycan.-2013.- 19 may.- S.3.