«Ölkədən getmək, ölkəyə gəlmək və pasportlar haqqında» Azərbaycan Respublikası Qanununun tətbiqi haqqında» Əsasnamənin və «Azərbaycan Respublikası vətəndaşının şəxsiyyət vəsiqəsi haqqında» Azərbaycan Respublikası Qanununun tətbiqi haqqında» Əsasnamənin təsdiq edilməsi barədə» Azərbaycan Respublikası Milli Məclisinin 1994-cü il 29 noyabr tarixli 928 nömrəli qərarının ləğv edilməsi haqqında

 

Azərbaycan Respublikasının Qanunu

 

Azərbaycan Respublikasının Milli Məclisi Azərbaycan Respublikası Konstitusiyasının 94-cü maddəsinin I hissəsinin 1-ci və 10-cu bəndlərini rəhbər tutaraq qərara alır:

Maddə 1.  Azərbaycan Respublikası Milli Məclisinin 1994-cü il 29 noyabr tarixli 928 nömrəli qərarı (Azərbaycan Respublikası Ali Sovetinin Məlumatı, 1995, N 3-4, maddə 48; Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 1997, N 6, maddə 493; 1998, N 2, maddə 71; 2001, N 11, maddələr 669, 674; 2002, N 7, maddə 395; 2004, N 4, maddə 199; 2006, N 2, maddə 64, N 11, maddə 933, N 12, maddələr 1006, 1033; 2007, N 1, maddə 4, N 4, maddə 319; 2008, N 8, maddə 698, N 10, maddə 886; 2009, N 4, maddə 211, N 7, maddə 519; 2011, N 7, maddə 581) ilə təsdiq edilmiş "Ölkədən getmək, ölkəyə gəlmək və pasportlar haqqında" Azərbaycan Respublikası Qanununun tətbiqi haqqında" Əsasnamə  2013-cü il sentyabrın 1-dən ləğv edilsin.

Maddə 2. "Ölkədən getmək, ölkəyə gəlmək və pasportlar haqqında" Azərbaycan Respublikası Qanununun tətbiqi haqqında" Əsasnamənin və "Azərbaycan Respublikası vətəndaşının şəxsiyyət vəsiqəsi haqqında" Azərbaycan Respublikası Qanununun tətbiqi haqqında" Əsasnamənin təsdiq edilməsi barədə" Azərbaycan Respublikası Milli Məclisinin 1994-cü il 29 noyabr tarixli 928 nömrəli qərarı (Azərbaycan Respublikası Ali Sovetinin Məlumatı, 1995, N 3-4, maddə 48; Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 1997, N 6, maddə 493; 1998, N 2, maddə 71; 2001, N 11, maddələr 669, 674; 2002, N 7, maddə 395; 2004, N 4, maddə 199; 2006, N 2, maddə 64, N 11, maddə 933, N 12, maddələr 1006, 1033; 2007, N 1, maddə 4, N 4, maddə 319; 2008, N 8, maddə 698, N 10, maddə 886; 2009, N 4, maddə 211, N 7, maddə 519; 2011, N 7, maddə 581) 2014-cü il yanvarın 1-dən ləğv edilsin.

 

 

İlham ƏLİYEV,

Azərbaycan Respublikasının Prezidenti

Bakı şəhəri, 19 aprel 2013-cü il

 

Azərbaycan.-2013.- 19 may.- S.3.