Heydər Əliyev Fondunun təşəbbüsü və təşkilatçılığı ilə Fransanın Leql şəhərində təşkil olunmuş sərgi və konsert yerli sakinlər tərəfindən böyük maraqla qarşılanmışdır

 

Fransanın Bas-Normandi regionunun Orn departamentində yerləşən Leql şəhərinin əsası Xl əsrdə qoyulmuşdur. Min ildən artıq bir tarixə malik olan Leql ilk vaxtlarda latınca Aquilla adlandırılmışdır. Sonradan şəhərə Leql adı verilmişdir. Rəvayətə görə, Xl əsrdə şəhərdə qəsr tikintisi zamanı qartal yuvasına rast gəlinmiş elə həmin dövrdən başlayaraq şəhər qartal mənasını verən Leql adlandırılmışdır.

Şəhərdə çoxlu sayda qədim abidələr vardır. XVlll əsrə məxsus olan şəhər bələdiyyə idarəsinin binası vaxtilə qəsr kimi fəaliyyət göstərmiş dövlət tərəfindən qorunan abidələr siyahısına salınmışdır.

Orn departamentində Leql şəhərində Azərbaycanı yaxşı tanıyırlar. Yerli sakinlərin ölkəmizin tarixi, xalqımızın mədəniyyəti, ədəbiyyatı, incəsənəti adət-ənənələri barədə müəyyən məlumatları vardır. Buna səbəb, ilk növbədə, Azərbaycanın birinci xanımı Mehriban Əliyevanın rəhbərlik etdiyi Heydər Əliyev Fondu tərəfindən Orn departamentində Xll-XlV əsrlərə aid qədim kilsələrin bərpasına yardım göstərilməsi Leql musiqi məktəbində görkəmli bəstəkarımız Üzeyir  Hacıbəylinin adını daşıyacaq zalın təmirində yaxından iştirak etməsidirsə, digər tərəfdən 2010-cu ildə Azərbaycanın Naftalan şəhəri ilə Leql şəhərinin qardaşlaşmasına dair niyyət protokolu imzalandıqdan sonra hər iki tərəfin qarşılıqlı səfərləri, Leqldə ölkəmizlə bağlı müxtəlif tədbirlərin keçirilməsi, Leql idmançılarının Naftalanda keçirdikləri yoldaşlıq görüşləri, cari il mayın 10-da Leqldə qardaşlaşmaya dair rəsmi sənədin imzalanması nəhayət, bələdiyyə binasının qarşısında bu şəhərlə artıq qardaşlaşan İsveçrənin, Almaniyanın Slovakiyanın dövlət bayraqları ilə yanaşı, Azərbaycan bayrağının da dalğalanmasıdır.  

Elə buna görə ölkəmizi fransızlara yaxından tanıtmaq məqsədilə Heydər Əliyev Fondunun təşkilatçılığı Azərbaycanın Fransadakı səfirliyinin dəstəyi ilə "Qafqazın mirvarisi olan Azərbaycanın mədəni dəyərləri" layihəsi çərçivəsində "Azərbaycan günləri" ilə bağlı Leqldə təşkil olunan sərgiyə konsertə yerli sakinlər böyük maraq göstərmişlər.

Sərginin açılışında çıxış edən Leql şəhərinin meri Tierri Pino ölkəmizi bir qədər tanıdığı, Qərb ilə Şərq arasında yerləşən, qədim tarixə malik Azərbaycanın mədəni dəyərlərlə zənginliyi, Avropa mədəniyyətli bir diyar olduğunu diqqətə çatdırmışdır.

Azərbaycana səfərini xatırladan mer ölkəmizdən böyük təəssürat aldığını, iqtisadiyyatın sürətlə inkişaf etdiyini, xalqımızın zəngin mədəniyyətinin dərin kökləri olduğunu vurğulamışdır.

Gəncə Şəhər İcra Hakimiyyətinin başçısı Elmar Vəliyevi təqdim edən T.Pino 500 minlik əhalisi olan Gəncənin Azərbaycanın qərbində yerləşdiyini, əsas sənaye mərkəzlərindən biri olduğunu söyləmişdir.

Dünyəvi dövlət olan Azərbaycanda müxtəlif dinlərin mədəniyyətlərin mövcudluğunun mühüm əhəmiyyətini  vurğulayan mer etnik qrupların dostluq, mehriban harmonik yaşadığını bildirmiş, 20 ildən bir qədər artıq dövrdə müstəqilliyini qazanan Azərbaycanın gənc bir dövlət olduğunu, nəinki Qafqazda, habelə Şərq aləmində ilk dəfə demokratik quruluşlu dövlət yaratdığını hazırda demokratiya yolunda inamla addımladığını, Leql ilə Naftalan şəhərinin qardaşlaşmasının iki xalq arasında dostluq əlaqələrinin inkişafında mühüm əhəmiyyətini qeyd etmişdir.

Azərbaycanın Fransadakı səfiri Elçin Əmirbəyov sərgi konsertin   ölkəmizi xaricdə daha yaxşı tanıtmaq üçün Heydər Əliyev Fondunun təşkilatçılığı səfirliyin dəstəyi ilə "Qafqazın mirvarisi olan Azərbaycanın mədəni dəyərləri" layihəsi çərçivəsində həyata keçirildiyini, mədəniyyətimizin müxtəlifliyini zənginliyini qeyd etmişdir. Azərbaycanın tarixən çox qədim bir ölkə olduğunu xatırladan səfir burada müxtəlif mədəniyyətlərə, dinlərə dillərə  malik etnik qrupların yaşadığını, qədim İpək yolu üzərində yerləşdiyini bildirmişdir. Qeyd olunmuşdur ki, 22 il bundan əvvəl müstəqilliyini bərpa edən Azərbaycan öz mədəniyyətini Fransada tanıtmağa səy göstərir. Bir neçə gün bundan əvvəl Leql ilə Naftalanın qardaşlaşmasına dair rəsmi sənəd imzalanmışdır. Bu sənədin imzalanması istiqamətində 3-4 il ərzində aparılmış, möhkəm əməkdaşlıq əlaqələri yaranmışdır.  Ona görə bizi bu şəhərlə mühüm dostluq əlaqələri birləşdirir.

Səfir paytaxt Bakı şəhərinin qədim mədəni abidələrlə zəngin olduğunu onların bir çoxunun UNESCO-nun Dünya mədəni irs siyahısına daxil edildiyini xüsusi vurğulamış səyahəti sevən fransızları Azərbaycana dəvət etmişdir.

Şəhər sakinləri sərgidə nümayiş etdirilən qədim xalçalara, xurcunlara, qadın kişi geyimlərinə, misgərlik dulusçuluq sənəti nümunələrinə, musiqi alətlərinə digər eksponatlara xüsusi maraq göstərmişlər.

Şəhər bələdiyyəsinin binasında etnocaz musiqisindən ibarət konsert təşkil edilmişdir. Əfqan Rəsulun, Etibar Əsədlinin, Ruslan Hüseynovun, Elvin Bəşirovun Rafael Alıyevin ifa etdikləri musiqi nömrələri tamaşaçılar tərəfindən alqışlarla qarşılanmışdır.

Konsertin sonunda şəhərin meri Tierri Pino yerli sakinlərə belə unudulmaz musiqili gecə bəxş etdiyinə görə Azərbaycanın birinci xanımına, Heydər Əliyev Fondunun prezidenti Mehriban Əliyevaya təşəkkürünü bildirmişdir.

 

 

Əsgər ƏLİYEV,

AzərTAc-ın xüsusi müxbiri

Leql

 

Azərbaycan.-2013.- 19 may.- S.6.