Moskva Dövlət Universitetinin Bakı filialında «Açıq qapı günü» keçirilmişdir

 

Mayın 18-də M.V.Lomonosov adına Moskva Dövlət Universitetinin Bakı filialında "Açıq qapı günü" keçirilmişdir.

Universitetdə hər il keçirilən "Açıq qapı günü"nün məqsədi bu ali məktəbdə tədris prosesi, onun fakültələri və qəbul qaydaları barədə abituriyentlərə və valideynlərə məlumat verməkdir.

MDU-nun Bakı filialında tədris rus dilində aparılır. Tələbələr pulsuz təhsil alır bütün təhsil müddətində təqaüdlə təmin edilirlər. Bu ali məktəbdə təhsil əyani formada aparılır.

Qəbul imtahanları komissiyasının məsul katibi Aleksey Popov qeyd etmişdir ki, filialda 5 fakültə fəaliyyət göstərir: iki  bölmədən - rus dili ədəbiyyatı bölməsindən, habelə müasir Qərbi Avropa dilləri ədəbiyyatları bölməsindən (roman-german filologiyası) ibarət olan filologiya fakültəsi; tətbiqi riyaziyyat fakültəsi, kimya fakültəsi, psixologiya fakültəsi iki  bölmədən - iqtisadiyyat menecment bölmələrindən ibarət olan iqtisadiyyat fakültəsi.

Hər fakültəyə qəbul planı 25 nəfərdir. Filialın məzunlarına M.V.Lomonosov adına MDU-nun diplomu verilir. Keçən il filialın üç fakültəsinin  - kimya, filologiya tətbiqi riyaziyyat fakültələrinin ilk buraxılışı olmuşdur.

A.Popov qeyd etmişdir ki, filologiya fakültəsində rus dili ədəbiyyatı bölməsinə büdcədən maliyyələşdirilən 7 yer, roman-german filologiyası bölməsinə 18 yer ayrılmışdır. Tələbələr burada ingilis, ispan fransız dillərini ədəbiyyatını öyrənə biləcəklər.

Keçən ildən etibarən filialda magistratura bölməsi fəaliyyət göstərir. Ötən il bu bölməyə filologiya, tətbiqi riyaziyyat kimya ixtisasları üzrə qəbul aparılmışdır. 2012-ci ildə bu üç bölməyə 23 magistrant daxil olmuşdur.

A.Popov bildirmişdir ki, bu il psixologiya ixtisası üzrə magistraturaya qəbul aparılacaqdır. Hər fakültədə müvafiq ixtisaslar üzrə qəbul imtahanları yazılı şəkildə aparılacaqdır.

Məsul katib bildirmişdir ki, keçən il rus filologiyası bölməsində keçid balı 130 bal, tətbiqi riyaziyyat fakültəsində 104, iqtisadiyyat fakültəsində 107, kimya fakültəsində 128 psixologiya fakültəsində 83 bal olmuşdur. Magistraturaya sənəd qəbulu iyunun 10-dan 24-dək aparılacaqdır. Bakalavriaturada sənəd qəbulu iyulun 16-da başlanacaq avqustun 7-də başa çatacaqdır. A.Popov bildirmişdir ki, imtahanların keçirilməsi tarixi haqqında bir qədər sonra, sənədlərin qəbulu zamanı əlavə məlumat veriləcəkdir.

Xatırladaq ki, keçən il Xocəsən qəsəbəsində filialın yeni kampusu açılmışdır. Universitetin yeni binasında tədris idman kompleksləri, 200 nəfərlik üçmərtəbəli iki yataqxana müəllimlər üçün 60 nəfərlik iki yaşayış korpusu yerləşir.

 

 

AzərTAc

 

Azərbaycan.-2013.- 19 may.- S.6.