Azərbaycan Prezidenti İlham Əliyev Yunanıstanın Baş naziri Antonis Samaras ilə görüşmüşdür

 

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev mayın 19-da ölkəmizdə işgüzar səfərdə olan Yunanıstanın Baş naziri Antonis Samaras ilə görüşmüşdür.

Görüşdə Azərbaycan ilə Yunanıstan arasında ikitərəfli münasibətlərin siyasi, iqtisadi, mədəni sahələrdə uğurla inkişaf etdiyi qeyd olundu. Ölkələrimiz arasında enerji sahəsində əməkdaşlığın bundan sonra da genişləndirilməsi üçün yaxşı perspektivlərin olduğu vurğulanan görüşdə ikitərəfli münasibətlərin Azərbaycan-Avropa İttifaqı əlaqələri baxımından önəmli olduğu bildirildi.

Görüşdə qarşılıqlı maraq doğuran digər məsələlərə dair fikir mübadiləsi aparıldı.

Sonra danışıqlar işçi nahar zamanı davam etdirildi.

 

 

AzərTAc

 

Azərbaycan.-2013.- 21 may.- S.1.