Yunanıstanın Baş
naziri Antonis Samaras Azərbaycana işgüzar
səfərə gəlmişdir
Yunanıstan
Respublikasının Baş naziri Antonis Samaras mayın 19-da Azərbaycan
Respublikasına işgüzar səfərə gəlmişdir.
Heydər
Əliyev Beynəlxalq Aeroportunda Yunanıstan
Respublikasının Baş nazirini Azərbaycan
Respublikasının sənaye və energetika naziri, Azərbaycan-Yunanıstan
hökumətlərarası komissiyasının həmsədri
Natiq Əliyev və digər rəsmi şəxslər
qarşıladılar.
Beynəlxalq
Aeroportun ali qonaqlar üçün salonunda Antonis Samaras və
Natiq Əliyev arasında qısa protokol söhbəti oldu.
AzərTAc
Azərbaycan.-2013.- 21 may.- S.2.