Azərbaycan ilə İran
arasında münasibətlərin inkişafına dair səmərəli müzakirələr
aparılmışdır
Qafqaz
Müsəlmanları İdarəsinin sədri
Şeyxülislam Hacı Allahşükür Paşazadənin
rəhbərliyi ilə İranda səfərdə olan Azərbaycan
nümayəndə heyəti İran İslam Şurası Məclisinin
sədri Seyid Əli Laricani ilə
görüşmüşdür.
Görüşdə
Azərbaycan və İran parlamentlərarası dostluq
qruplarının nümayəndələri iştirak
etmişlər.
Söhbət
zamanı ölkələrimiz və xalqlarımız
arasındakı dostluq əlaqələrinin inkişaf
perspektivləri, münasibətlərimizin daha da möhkəmlənməsində
parlamentlərin rolu barədə səmərəli fikir
mübadiləsi aparılmışdır.
Azərbaycan
Respublikasının hərtərəfli inkişafı,
dövlətimizin qüdrətlənməsi,
xalqımızın rifah halının
yaxşılaşması istiqamətində görülən
işlərdən danışan A. Paşazadə
bildirmişdir ki, dövlət müstəqilliyimizin bərpasından
sonra ölkəmizdə insan hüquqları və dini etiqad
azadlığı tam təmin olunmuşdur.
Bildirilmişdir
ki, Prezident İlham Əliyevin təşəbbüsü ilə
məscidlərin təmiri, yenidən qurulması, ziyarətgahların
bərpası xalqımız tərəfindən böyük
rəğbətlə qarşılanır.
Əli
Laricani qeyd etmişdir ki, ölkələrimiz arasındakı
qədim tarixi olan əlaqələrin dinamik inkişafı
xalqlarımızın ümumi maraqlarını əks etdirir.
Görüşdə
əlaqələrimizin inkişafında parlamentlərarası
dostluq qruplarının fəaliyyəti yüksək qiymətləndirilmişdir.
AzərTAc
Azərbaycan.-2013.- 21 may.- S.5.