Vyanada keçirilən kikboksinq üzrə «Heydər Əliyev Kuboku» peşəkar turniri uğurla
başa çatıb
XX əsr
dünya tarixinin parlaq şəxsiyyətlərindən biri Azərbaycan
xalqının müstəqillik arzusunu konkret dövlət
modelində gerçəkliyə çevirərək
milyonların qəlbində özü üçün əzəmətli
abidə ucaldan ümummilli lider Heydər Əliyev bu gün həm
də müstəqil respublikamızın uğurlu inkişaf
strategiyasının müəllifi kimi böyük ehtiramla
anılır. Müasir Azərbaycanın qüdrətli
dövlətə çevrilməsi və dünya siyasətini
müəyyən edən dövlətlərlə bərabər,
səviyyəli əməkdaşlıq qurmasında dahi şəxsiyyətin
böyük xidmətləri olmuşdur. Ulu öndər gənc
nəslin sağlam ruhda böyüməsi və ölkəmizə
layiqli vətəndaşlar kimi yetişməsində
mühüm xidmətlər göstərmişdir.
Ulu
öndər Heydər Əliyevin 90 illiyi ilə əlaqədar
həm ölkə daxilində, həm də dünyanın bir
sıra ölkələrində müxtəlif tədbirlər
həyata keçirilir. Növbəti belə bir tədbir
kikboksinq üzrə "Heydər Əliyev Kuboku" peşəkar
turniri bu günlərdə Avstriya paytaxtında baş tutub. Bu
tədbirin bütün hazırlıq prosesinə Milli Məclisin
deputatı, Azərbaycan Kikboksinq Federasiyasının prezidenti
Adil Əliyev, vitse-prezident Namik Əsgərov, milli
komandanın rəisi Sadıx Bağırov, federasiyanın
vitse-prezidenti Güloğlan Cabbarov nəzarət ediblər.
Turnirlə bağlı Milli Məclisin deputatı Adil Əliyevin
mövqeyini öyrəndik. O dedi:
- Əvvəla
qeyd edim ki, ümummilli liderin zəngin dövlətçilik fəaliyyətində
gənclər siyasəti xüsusi yer tutmuşdur. Heydər Əliyev
Azərbaycan gəncliyini aydın inkişaf yoluna
çıxarmış, cəmiyyətin bu əhəmiyyətli
təbəqəsinin hərtərəfli inkişafı istiqamətində
mühüm addımlar atmışdır.
Azərbaycan gənclərinin sağlam ruhda böyüməsi və ölkəyə layiqli vətəndaşlar kimi yetişməsi üçün ötən illər ərzində ölkə rəhbərliyi tərəfindən ardıcıl və sistemli tədbirlər həyata keçirilmişdir. Ölkə rəhbəri İlham Əliyevin təsdiq etdiyi "Azərbaycan Respublikası regionlarının 2009-2013-cü illərdə sosial-iqtisadi inkişafı Dövlət Proqramı"nda qarşıya qoyulan vəzifələr sırasında ölkədə bədən tərbiyəsi və idmanın inkişafı ilə bağlı mühüm məsələlər də öz əksini tapmışdır. Azərbaycan Respublikasında əhalinin sağlam həyat tərzinin təmin olunması məqsədilə hər bir vətəndaşın bədən tərbiyəsi və idmanla məşğul olması üçün aparılan işlər davam etdiriləcəkdir. Əhalinin, xüsusən böyüməkdə olan gənc nəslin hərtərəfli inkişafının təmin edilməsi məqsədilə bədən tərbiyəsi və idman sahəsində dövlət siyasəti əhalinin sağlamlığının yaxşılaşdırılması, insanlarda yüksək mənəvi keyfiyyətlərin tərbiyə olunması, vətənin müdafiəsinə hazırlığın təmin edilməsi üzrə tədbirlərin həyata keçirilməsi prioritet istiqamətdir. Bu məqsədlə gələcək illərdə konkret tədbirlərin görülməsi nəzərdə tutulub.
Son 10 ildə Azərbaycanda gənclər siyasəti uğurla davam etdirilmişdir. Dövlət başçısının uzaqgörən siyasəti sayəsində ölkəmizdə ictimai-siyasi sabitlik, iqtisadi yüksəliş, milli-mədəni dirçəliş təmin edilmişdir. Gənclərimiz vətənin tərəqqisi naminə dövlət başçısının daxili və xarici siyasətinə tam dəstək verir, qarşıya qoyulmuş vəzifələri həyata keçirmək üçün qüvvə və bacarıqlarını əsirgəmirlər.
2013-cü il may ayının 10-da Avstriyanın Vyana şəhərində ümummilli lider Heydər Əliyevin 90 illik yubileyinə həsr olunmuş kikboksinq üzrə "Heydər Əliyev Kuboku" peşəkar turniri baş tutdu. Vyana şəhərinin "GAZOMETER ARENA"-da keçirilən "Heydər Əliyev Kuboku" peşəkar turnir kikboksinqin WAKO-PRO
K-1 qaydaları ilə və WAKO hakim-referi heyətinin nəzarəti altında keçirildi.
"Azərbaycan Avropaya qarşı" formatda keçirilən "Heydər Əliyev Kuboku" peşəkar turnirinin hər döyüşü 3 raund oldu. Məlumat üçün qeyd edim ki, tədbirin təşkilatçıları Avstriya-Azərbaycan Gənclər Birliyi, Azərbaycan Kikboksinq Federasiyası, "İRON FİST GYM" Avstriya Peşəkar Klubu olmuşdur.
Peşəkar komandamıza maliyyə və təşkilatçı dəstəyi Azərbaycan Respublikası Gənclər və İdman Nazirliyi, Azərbaycan Kikboksinq Federasiyası, Avstriya-Azərbaycan Gənclər Birliyi və Avstriyada Azərbaycan Respublikasının səfirliyi tərəfindən olunmuşdur. Təlim-məşq toplantıları baş məşqçi Ehram Məcidov və komandanın məşqçiləri tərəfindən həyata keçirilmişdir.
"Heydər Əliyev" kəməri, "Heydər Əliyev" kuboku uğrunda döyüşlərdə idmançılarımızdan Zabit Səmədov, Pərviz Abdullayev, Turan Qafarov, Alim Nəbiyev, Ramal Aslanov, Vüqar Kazımov dünyanın adlı-sanlı idmançıları ilə döyüşdə qalib gəlmişlər.
Mübarizə 6x6 hesabı ilə başa çatdı. Azərbaycan Kikboksinq Federasiyası xarici ölkələrin rəsmi nümayəndələri ilə birlikdə WAKO versiyasının ən titullu və səviyyəli idmançıları müəyyənləşdirilmişdir.
Bundan əlavə, yarışın ədalətli keçirilməsi üçün İtaliya (Marko Pakor), Serbiya (Srdjan Bugarcic və Zoran Simurina), Macarıstan (Gabor Szabor), Avstriya (Patrik Gomez), Türkiyə, Rumıniya və Azərbaycan (Fəxrəddin Quliyev) tərəfindən seçilmiş ən təcrübəli beynəlxalq dərəcəli hakim-referilər dəvət olunub turniri idarə etmişlər.
Həmçinin "Heydər Əliyev Kuboku" kikboksinqin beynəlxalq aləmində tanıdılması üçün kikboksinqin hazırda olan ən titullu şəxsləri fəxri qonaq qismində dəvət olunmuşdu.
Onların arasında beşqat K-1 World GrandPrix qalibi, Hollivud aktyoru Semmi Şılt (Semmy Schilt) və üçqat K-1 World GrandPrix qalibi Remi Bonyaski (Remy Bonjasky) Azərbaycan Kikboksinq Federasiyası tərəfindən dəvət olunub yarışın gedişini izləyib fikirlərini bildirmişlər.
Onu
da qeyd edim ki, 2013-cü il sentyabr ayında Azərbaycan
Kikboksinq Federasiyası tərəfindən beynəlxalq
kikboksinq arenasında ən tanınmış
döyüşçülərin iştirakı ilə
peşəkar turnirin təşkil olunması
planlaşdırılıb. Bundan əlavə, cari ilin sentyabr
ayının 30-dan oktyabr ayının 6-dək Braziliyanın
Rio-de-Janeyro şəhərində kikboksinqin WAKO versiyası
üzrə keçiriləcək dünya
çempionatında milli komandamızın geniş tərkibdə
iştirakı da nəzərdə tutulub.
Elnur HACALIYEV
Azərbaycan.-2013.- 21 may.- S.8.