Azərbaycan Prezidenti İlham Əliyev Türkiyənin milli təhsil nazirinin
başçılıq etdiyi nümayəndə heyətini qəbul
etmişdir
Azərbaycan
Respublikasının Prezidenti İlham Əliyev mayın 21-də
Türkiyə Respublikasının milli təhsil naziri Nabi
Avçının başçılıq etdiyi nümayəndə
heyətini qəbul etmişdir.
Görüşdə
Azərbaycan ilə Türkiyə arasında ikitərəfli
dostluq və qardaşlıq münasibətlərinin
bütün istiqamətlərdə, o cümlədən təhsil
sahəsində uğurla inkişaf etdiyi vurğulandı. Qəti
əminlik ifadə olundu ki, ölkələrimiz arasında təhsil
sahəsində mövcud olan sıx əməkdaşlıq əlaqələri
gələcəkdə də uğurla inkişaf edəcəkdir.
Görüşdə
Türkiyə Respublikasının milli təhsil naziri Nabi
Avçının ölkəmizə səfərinin bu sahədə
əməkdaşlığımızın daha da möhkəmləndirilməsi
baxımından önəmi qeyd olundu.
AzərTAc
Azərbaycan.-2013.- 22 may.- S.1.