Amerika Birləşmiş Ştatlarının Prezidenti zati-aliləri cənab Barak Obamaya

 

Hörmətli cənab Prezident!

 

Oklahoma ştatında baş vermiş təbii fəlakət - tornado nəticəsində çoxsaylı insan tələfatı ilə əlaqədar Sizə, həlak olanların ailələrinə və yaxınlarına şəxsən öz adımdan və Azərbaycan xalqı adından dərin hüznlə başsağlığı verirəm.

Bu ağır anları Sizinlə bölüşür, yaralananların və xəsarət alanların tezliklə sağalacağına, dağıntıların aradan qaldırılacağına ümidlərimi ifadə edirəm.

 

 

İlham ƏLİYEV,

Azərbaycan Respublikasının Prezidenti

Bakı, 21 may 2013-cü il

 

Azərbaycan.-2013.- 22 may.- S.1.