«Yaşayış yeriolduğu yer üzrə qeydiyyat haqqında» Azərbaycan Respublikasının Qanununda dəyişikliklər edilməsi barədə

 

Azərbaycan Respublikasının Qanunu

 

Azərbaycan Respublikasının Milli Məclisi Azərbaycan Respublikası Konstitusiyasının 94-cü maddəsinin I hissəsinin 10-cu bəndini rəhbər tutaraq, "Yaşayış yeri və olduğu yer üzrə qeydiyyat haqqında" Azərbaycan Respublikasının Qanununu "Azərbaycan Respublikası vətəndaşının şəxsiyyət vəsiqəsi haqqında" Azərbaycan Respublikasının Qanununda dəyişikliklər edilməsi barədə" Azərbaycan Respublikasının 2011-ci il 30 dekabr tarixli 282-IVQD nömrəli Qanununa uyğunlaşdırmaq məqsədi ilə qərara alır:

Maddə 1. "Yaşayış yeri və olduğu yer üzrə qeydiyyat haqqında" Azərbaycan Respublikasının Qanununda (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 1997, ¹ 2, maddə 88; 2001, ¹ 11, maddələr 669, 676; 2002, ¹ 1, maddə 2, ¹ 5, maddələr 237, 243; 2006, ¹ 6, maddə 478; 2007, ¹ 8, maddə 756, ¹ 12, maddə 1197; 2008, ¹ 7, maddə 602, ¹ 8, maddə 701; 2009, ¹ 7, maddə 519; 2010, ¹ 3, maddə 171) aşağıdakı dəyişikliklər edilsin:

1.1.  3-cü maddə üzrə:

1.1.1. birinci hissənin 1-ci bəndində "yalnız Azərbaycan Respublikası vətəndaşının şəxsiyyət vəsiqəsi" sözləri "Azərbaycan Respublikası vətəndaşının şəxsiyyət vəsiqəsi və ya fərdi identifikasiya kartı" sözləri ilə əvəz edilsin;

1.1.2. aşağıdakı məzmunda "Qeyd" hissəsi əlavə edilsin:

"Qeyd: Bu maddənin birinci hissəsinin 1-ci bəndində nəzərdə tutulmuş fərdi identifikasiya kartları verilənədək 15 yaşı tamam olmamış vətəndaşın yaşayış yeri üzrə qeydiyyata alınmasını müvafiq icra hakimiyyəti orqanı tərəfindən verilən arayış təsdiq edir. Forması müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən olunan həmin arayış 15 yaşı tamam olmamış vətəndaşın qanuni nümayəndəsi bu qanunun 5-ci maddəsinin dördüncü hissəsində göstərilən sənədlərlə müraciət etdikdə verilir.";

1.2.  5-ci maddə üzrə:

1.2.1.  birinci hissədə "Vətəndaşa" sözü "Yaşayış yeri üzrə qeydiyyatda olmayan vətəndaşa" sözləri ilə əvəz edilsin və aşağıdakı məzmunda ikinci cümlə əlavə edilsin:

"Bu halda vətəndaş yalnız "Azərbaycan Respublikası vətəndaşının şəxsiyyət vəsiqəsi haqqında" Azərbaycan Respublikası Qanununun tətbiqi barədə Əsasnamə"də nəzərdə tutulmuş şəxsiyyət vəsiqəsinin verilməsi haqqında ərizə-anketi doldurmalı və vəsiqənin verilməsi üçün tələb olunan sənədlərdən əlavə bu qanunun 5-ci maddəsinin ikinci hissəsinin 2-ci bəndində göstərilən, yaşayış sahəsinə köçmək üçün əsas verən sənədi də təqdim etməlidir.";

1.2.2. ikinci hissənin birinci abzası aşağıdakı redaksiyada verilsin:

"Yaşayış yerini dəyişdirmiş vətəndaş yeni yaşayış yerinə gəldikdən sonra 10 gündən gec olmayaraq qeydiyyata alınması üçün müvafiq icra hakimiyyəti orqanına müraciət edərək forması müvafiq icra hakimiyyəti orqanı tərəfindən təsdiq edilən, yaşayış yeri üzrə qeydiyyata alınma haqqında ərizə-anketlə birlikdə aşağıdakı sənədləri təqdim etməlidir:";

1.2.3. ikinci hissənin 1-ci bəndində "və ya doğum haqqında şəhadətnamə" sözləri çıxarılsın;

1.2.4. üçüncü hissə beşinci hissə hesab edilsin və aşağıdakı məzmunda üçüncü və dördüncü hissələr əlavə edilsin:

"Müvafiq icra hakimiyyəti orqanı yaşayış yerinin dəyişdirilməsi ilə bağlı müvafiq sənədləri təqdim etmiş vətəndaşı dərhal yaşayış yeri üzrə qeydiyyata almalı və onun şəxsiyyət vəsiqəsinin elektron daşıyıcısında yaşayış yeri haqqında məlumatı dəyişdirməlidir.

15 yaşı tamam olmamış vətəndaşın yaşayış yeri üzrə qeydiyyata alınması onun qanuni nümayəndəsinin bu barədə müraciəti olduqda həyata keçirilir. Bu halda vətəndaşın qanuni nümayəndəsi  tərəfindən aşağıdakı sənədlər təqdim olunur:

1) 15 yaşı tamam olmamış vətəndaşın yaşayış yeri üzrə qeydiyyata alınması haqqında ərizə-anket (forması müvafiq icra hakimiyyəti orqanı tərəfindən təsdiq edilir);

2)  doğum haqqında şəhadətnamə;

3) bu qanunun 5-ci maddəsinin ikinci hissəsinin 2-ci bəndində göstərilən, yaşayış sahəsinə köçmək üçün əsas verən sənəd.";

1.3. 9-cu maddə üzrə:

1.3.1. birinci hissənin 3-cü bəndində "azadlıqdan" sözündən əvvəl "ömürlük" sözü əlavə edilsin;

1.3.2. üçüncü hissə ləğv edilsin;

1.4. 10-cu maddə üzrə:

1.4.1. üçüncü hissənin ikinci cümləsində "qeydiyyata almalı və bu barədə onun şəxsiyyət vəsiqəsinin arxa tərəfində müvəqqəti qeyd aparmalıdır" sözləri "olduğu yer üzrə qeydiyyata almalıdır" sözləri ilə əvəz edilsin;

1.4.2. aşağıdakı məzmunda altıncı hissə əlavə edilsin:

"Vətəndaşın olduğu yer üzrə qeydiyyata alınması haqqında ərizə-anketin forması müvafiq icra hakimiyyəti orqanı tərəfindən təsdiq edilir.".

Maddə 2. Bu qanun 2014-cü il yanvarın 1-dən qüvvəyə minir.

 

 

İlham ƏLİYEV,

Azərbaycan Respublikasının Prezidenti

Bakı şəhəri, 19 aprel 2013-cü il

 

Azərbaycan.-2013.- 22 may.- S.2.