Azərbaycan Respublikasının Cinayət
Məcəlləsində dəyişikliklər edilməsi
haqqında
Azərbaycan Respublikasının
Qanunu
Azərbaycan
Respublikasının Milli Məclisi Azərbaycan Respublikası
Konstitusiyasının 94-cü maddəsinin I hissəsinin 17-ci
bəndini rəhbər tutaraq qərara alır:
Azərbaycan
Respublikasının Cinayət Məcəlləsində (Azərbaycan
Respublikasının Qanunvericilik Toplusu, 2000, ¹ 4, II kitab, maddə
251, ¹ 5, maddə 323, ¹ 12, maddə 835; 2001, ¹ 1, maddə 24, ¹ 7,
maddə 455; 2002, ¹ 1, maddə 9, ¹ 5, maddələr 236, 248, 258,
¹ 6, maddə 326, ¹ 8, maddə 465; 2003, ¹ 6, maddələr 276,
279, ¹ 8, maddələr 424, 425, ¹ 12, I kitab, maddə 676; 2004, ¹
1, maddə 10, ¹ 4, maddə 200, ¹ 5, maddə 321, ¹ 8, maddə
598, ¹ 10, maddə 762, ¹ 11, maddə 900; 2005, ¹ 1, maddə 3, ¹ 6, maddə
462, ¹ 7, maddə 575, ¹ 10, maddə 904, ¹ 11, maddə 994; 2006, ¹
2, maddələr 71, 72, 75, ¹ 5, maddə 390, ¹ 12, maddələr
1008, 1020, 1028; 2007, ¹ 2, maddə 68, ¹ 5, maddə 398, ¹ 6, maddələr 560, 562, 579, ¹ 8,
maddə 757, ¹ 10, maddələr 937, 941, ¹ 11, maddələr
1049, 1080, 1090, ¹ 12, maddə 1221; 2008, ¹ 6, maddələr 454,
461, ¹ 7, maddə 602, ¹ 10, maddə
884, ¹ 12, maddələr 1047, 1049; 2009, ¹ 5, maddə 315, ¹ 7, maddə
517, ¹ 12, maddə 953; 2010, ¹ 2, maddə 70, ¹ 3, maddələr
171, 178, ¹ 4, maddələr 275, 276, ¹ 7, maddə 591; 2011, ¹ 4,
maddə 253, ¹ 6, maddə 472, ¹ 7, maddələr 587, 601, 621, ¹
11, maddə 980; ¹ 12, maddə 1093; 2012, ¹ 2, maddə 45, ¹ 3, maddələr
193, 196, ¹ 7, maddələr 666, 669, 673, ¹ 11, maddə 1068; Azərbaycan
Respublikasının 2012-ci il 11
dekabr tarixli 493-IVQD və 495-IVQD nömrəli, 28 dekabr tarixli
541-IVQD nömrəli qanunları) aşağıdakı dəyişikliklər
edilsin:
1. Məcəlləyə
aşağıdakı məzmunda 205-2-ci maddə əlavə
edilsin:
"Maddə
205-2. Nəzarət markalarının qəsdən məhv
edilməsi, saxtalaşdırılması, qeyri-qanuni yolla
hazırlanması, istifadəsi və satışı
205-2.1.
Nəzarət markalarının qəsdən məhv edilməsi,
saxtalaşdırılması, qeyri-qanuni yolla
hazırlanması, istifadəsi və satışı, əgər
bu əməllər nəticəsində xeyli miqdarda ziyan
vurulmuşdursa -
üç
min manat miqdarında cərimə və ya üç yüz
iyirmi saatdan dörd yüz səksən saatadək ictimai
işlərlə cəzalandırılır.
205-2.2.
Eyni əməllər:
205-2.2.1.
təkrar törədildikdə;
205-2.2.2.
qabaqcadan əlbir olan bir qrup şəxs və ya mütəşəkkil
dəstə tərəfindən törədildikdə;
205-2.2.3.
külli miqdarda ziyan vurduqda -
yeddi
min manat miqdarında cərimə və ya iki ildən dörd
ilədək müddətə azadlıqdan məhrum etmə
ilə cəzalandırılır.";
2.
190-cı maddənin qeyd hissəsində "202-205," rəqəmlərindən
sonra "205-2," rəqəmləri əlavə edilsin.
İlham ƏLİYEV,
Azərbaycan Respublikasının
Prezidenti
Bakı şəhəri, 30 aprel
2013-cü il
Azərbaycan.-2013.- 22 may.- S.2.