«Azərbaycan Respublikası əhalisinin Dövlət Reyestri haqqında» Azərbaycan Respublikasının Qanununda dəyişikliklər edilməsi barədə

 

Azərbaycan Respublikasının Qanunu

 

Azərbaycan Respublikasının Milli Məclisi Azərbaycan Respublikası Konstitusiyasının 94-cü maddəsinin I hissəsinin 10-cu bəndini rəhbər tutaraq, "Azərbaycan Respublikası əhalisinin Dövlət Reyestri haqqında" Azərbaycan Respublikasının Qanununu "Azərbaycan Respublikası vətəndaşının şəxsiyyət vəsiqəsi haqqında" Azərbaycan Respublikasının Qanununda dəyişikliklər edilməsi barədə" Azərbaycan Respublikasının 2011-ci il 30 dekabr tarixli 282-IVQD nömrəli Qanununa uyğunlaşdırmaq məqsədi ilə  qərara alır:

Maddə 1. "Azərbaycan Respublikası Əhalisinin Dövlət Reyestri haqqında" Azərbaycan Respublikası Qanununun (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2006, ¹ 6, maddə 477; 2008, ¹ 10, maddə 886; 2009, ¹ 12, maddə 966; 2010, ¹ 10, maddə 837; 2011, ¹ 3, maddə 162) 6-cı maddəsində aşağıdakı dəyişikliklər edilsin:

1.1. 6.1.12-ci maddədə "16" rəqəmləri "15" rəqəmləri ilə, "şəxsiyyət vəsiqəsinin" sözləri "fərdi identifikasiya kartının" sözləri ilə əvəz edilsin;

1.2.  6.1.13-cü və 6.1.14-cü maddələrdə "16" rəqəmləri "15" rəqəmləri ilə əvəz edilsin.

Maddə 2. Bu qanun 2014-cü il yanvarın 1-dən qüvvəyə minir.

 

 

İlham ƏLİYEV,

Azərbaycan Respublikasının Prezidenti

Bakı şəhəri, 19 aprel 2013-cü il

 

Azərbaycan.-2013.- 22 may.- S.2.