Moskva Dövlət
Universitetində «Öndə addımlayan. Heydər Əliyevin
90 illiyinə. 1923-2013» kitabının təqdimatı
keçirilmişdir
Mayın
20-də M.V.Lomonosov adına Moskva Dövlət Universitetinin
(MDU) tarix fakültəsində Heydər Əliyev Fondunun və
Azərbaycanın birinci xanımı Mehriban Əliyevanın dəstəyi
ilə nəşr edilmiş "Öndə addımlayan. Heydər
Əliyevin 90 illiyinə. 1923-2013" kitabının təqdimatı
keçirilmişdir.
Kitabın
müəllifləri MDU-nun tarix fakültəsinin dosenti
İsmayıl Ağakişiyev, universitetin dosenti Gennadi
Bordyuqov, tarix fakültəsinin dekan müavini Aleksey Vlasov və
Moskva Dövlət Linqvistika Universitetinin kafedra müdiri Alan
Kasayevdir. Kitabda müasir müstəqil Azərbaycan dövlətinin
memarı və qurucusu Heydər Əliyevin şəxsiyyətinin
böyüklüyü dünyanın ən tanınmış
siyasətçilərinin rəyləri və əvvəllər
dərc edilməmiş sənədlər əsasında hərtərəfli
açıqlanır. Nəşrdə Azərbaycan Prezidenti
İşlər İdarəsinin Prezident Kitabxanasının,
Rusiya Dövlət Ən Yeni Tarix Arxivinin əvvəllər dərc edilməmiş
materialları, Sov.İKP MK Siyasi Bürosunun "məxfidir"
qrifi altında saxlanılan sənədləri, XX əsrin məşhur
siyasətçiləri, Azərbaycan xalqının
ümummilli lideri Heydər Əliyevi şəxsən
tanıyan Leonid Kuçma, Ditrix Genşer, Şimon Peres və
başqaları ilə müsahibələrdən istifadə
edilmişdir.
MDU-nun
tarix fakültəsinin foyesində ulu öndər Heydər Əliyevin
həyat və fəaliyyətinə həsr edilmiş fotosərgi
açılmışdır.
Moskva
Dövlət Universitetinin tarix fakültəsinin dekanı
Sergey Karpov mərasimi açaraq vurğulamışdır ki,
Heydər Əliyev müasir Azərbaycan dövlətinin
formalaşmasında, həmçinin Azərbaycan ilə Rusiya
arasında bu gün uğurla inkişaf edən mehriban
münasibətlərin təşəkkülündə
çox böyük rol oynamışdır. "Bu kitab həmin
münasibətlərin nəticəsidir", - deyən
S.Karpov qeyd etmişdir ki, MDU-nun tarix fakültəsinin əməkdaşlarının
və onların azərbaycanlı həmkarlarının
iştirakı ilə ərsəyə gəlmiş bu kitab
tarix elminə töhfə olacaqdır.
MDU-nun
rektoru, Rusiya Elmlər Akademiyasının akademiki Viktor
Sadovniçi mərasimdə çıxış edərək
Heydər Əliyevlə şəxsi görüşləri
barədə danışmış, onun haqqında xatirələrini
bölüşmüşdür. V.Sadovniçi demişdir ki,
Heydər Əliyev Moskva Dövlət Universitetinin həm fəxri
doktoru, həm də fəxri professoru adına layiq
görülmüş nadir şəxsiyyətlərdən
biridir. "Bu kitab Rusiyanın böyük dostuna həsr
edilmişdir. Heydər Əliyevin əsas məqsədi
güclü müstəqil Azərbaycan qurmaq idi və o öz
məqsədinə nail oldu", - deyən rektor ona ötən
il Ümumrusiya Azərbaycan Konqresinin təsis etdiyi Heydər Əliyev
mükafatının verilməsinə görə minnətdarlığını
bildirmiş, bunu yüksək qiymətləndirdiyini
demişdir. Rektor vurğulamışdır: "Heydər Əliyev
mükafatına layiq görülmək mənim
üçün şərəfdir".
V.Sadovniçi
Heydər Əliyevin anadan olmasının 90 illiyi münasibətilə
İttifaqlar Evinin Sütunlu salonunda keçirilmiş yubiley
gecəsindən söhbət açaraq qeyd etmişdir ki,
Leyla Əliyevanın babası Heydər Əliyev haqqında
çıxışı, onunla bağlı səmimi xatirələri,
ona həsr etdiyi gözəl şeiri Azərbaycan
xalqının ümummilli liderinin portretinin indiyə qədər
məlum olmayan ştrixlərini - nəvələrini
böyük məhəbbətlə sevən baba
obrazını canlandırmışdır. Viktor Sadovniçi
demişdir: "Çoxları deyir ki, əgər Heydər Əliyev
bugünkü Bakını görsəydi, yəqin ki,
çox məmnun olardı. Bakı bənzərsiz şəhərdir.
Bu da Heydər Əliyevin işlərinin davamıdır. Azərbaycan
Prezidenti İlham Əliyev Heydər Əliyevin ölkənin
inkişafına və firavanlığına yönəlmiş
siyasətini uğurla davam etdirir. Bu, Azərbaycan
xalqının böyük uğurudur".
Moskva
Dövlət Universitetinin Bakıda filialının
açılmasını yüksək qiymətləndirən
akademik V.Sadovniçi bunu Prezident İlham Əliyevin
xalqlarımız arasında humanitar əlaqələrin və
dostluğun inkişafına göstərdiyi yüksək diqqətin
təzahürü kimi qiymətləndirmişdir.
Azərbaycanın
Rusiyadakı səfiri Polad Bülbüloğlu ümummilli
lider Heydər Əliyevin prezident olduğu dövrdə ölkə
hökumətində işlədiyi illər, ulu öndərin
gənc kadrlara münasibəti, ölkənin modernləşməsinə
və çiçəklənməsinə yönəlmiş
uzaqgörən siyasəti barədə söhbət
açaraq demişdir: "Heydər Əliyev haqqında
çoxlu əsərlər yazılır, sənədli filmlər
çəkilir. Çünki Heydər Əliyev elə şəxsiyyətdir
ki, onun barəsində hələ uzun müddət
yazılacaq, onun irsi tədqiq ediləcəkdir". Səfir
yeni kitabın müəlliflərini təbrik edərək
demişdir: "Kitab çox maraqlıdır və mənim
fikrimcə, onun qeyri-adi formatı tapılmışdır. Ulu
öndərin həyatı ilə bağlı indiyə qədər
məlum olmayan faktları öyrənmək maraqlıdır.
Bu baxımdan uzun illər ulu öndər Heydər Əliyevlə
birgə çalışmış, onun quruculuq fəaliyyətinin
nəzəriyyə səviyyəsində tədqiq edilməsində
böyük xidmətləri olan Azərbaycan Respublikası
Prezidenti Administrasiyasının rəhbəri akademik Ramiz
Mehdiyevin dərin məzmunlu məqaləsinin bu qiymətli nəşrdə
yer alması müəlliflər tərəfindən Heydər
Əliyev fenomeninin kompleks şəkildə dərkinə səy
göstərdiklərinin əyani təsdiqidir".
Rusiya
Federasiyası Federal Məclisi Federasiya Şurasının
üzvü, UNESCO məsələləri üzrə
komissiyanın sədr müavini Aleksandr Dzasoxov, Rusiya Dövlət
Humanitar Universitetinin rektoru, Rusiya-Azərbaycan Dostluq Cəmiyyətinin
prezidenti, Rusiya Elmlər Akademiyasının müxbir
üzvü Yefim Pivovar, MDU tarix fakültəsinin dekan
müavini, postsovet məkanında ictimai-siyasi proseslərin tədqiqi
üzrə informasiya təhlil mərkəzinin baş direktoru,
kitabın müəlliflərindən biri olan Aleksey Vlasov və
digər çıxışçılar ulu öndər
Heydər Əliyevin müasir Azərbaycanın təşəkkülündə
və Rusiya ilə mehriban qonşuluq münasibətlərinin
inkişafında rolu barədə danışmışlar.
"Öndə
addımlayan. Heydər Əliyevin 90 illiyinə. 1923-2013"
kitabının müəllifləri bu nəşrin ərsəyə
gəlməsinə kömək edənlərə minnətdarlıqlarını
bildirmiş və onun nüsxələrini imzalayaraq Azərbaycan
Prezidenti İlham Əliyevə və Heydər Əliyev
Fondunun prezidenti Mehriban xanım Əliyevaya hədiyyə
etmişlər.
Fəridə ABDULLAYEVA,
AzərTAc-ın xüsusi müxbiri
Moskva
Azərbaycan.-2013.- 22 may.- S.7.