Azərbaycan Prezidenti İlham Əliyev Qambiyanın xarici işlər nazirini qəbul
etmişdir
Azərbaycan
Respublikasının Prezidenti İlham Əliyev mayın 22-də
Qambiya Respublikasının xarici işlər naziri xanım
Susan Vaffa-Oqunu qəbul etmişdir.
İkinci dəfə ölkəmizdə səfərdə olduğunu vurğulayan Qambiya Respublikasının xarici işlər naziri xanım Susan Vaffa-Oqun ötən dövr ərzində paytaxtımızda gedən sürətli inkişaf proseslərinin onda dərin təəssürat yaratdığını dedi. O, Qambiya Prezidenti Yəhya Cammehin məktubunu dövlətimizin başçısına təqdim etdi.
Dövlətimizin
başçısı Qambiya Prezidenti Yəhya Cammehin məktubuna
görə minnətdarlığını bildirdi. Azərbaycan
ilə Qambiya arasında ikitərəfli əlaqələrin
inkişafının razılıq doğurduğunu
vurğulayan Prezident İlham Əliyev ölkələrimizin
bir-birini beynəlxalq təşkilatlarda dəstəkləmələrinin
önəmini qeyd etdi. Dövlətimizin
başçısı Qambiyanın xarici işlər naziri
xanım Susan Vaffa-Oqunun ölkəmizə səfərinin əməkdaşlığımızın
müxtəlif sahələrdə inkişafı
üçün yeni imkanlar açacağına ümidvar olduğunu
bildirdi.
AzərTAc
Azərbaycan.-2013.- 23 may.- S.1.