Asiya İnkişaf Bankının Rəhbərlər Şurasının 48-ci illik toplantısının Bakı şəhərində keçirilməsi ilə bağlı Təşkilat Komitəsinin yaradılması haqqında

 

Azərbaycan Respublikası Prezidentinin Sərəncamı

 

Azərbaycan Respublikasının 1999-cu ildən üzvü olduğu Asiya İnkişaf Bankının Rəhbərlər Şurasının 45-ci illik toplantısında Bankın Rəhbərlər Şurasının 48-ci illik toplantısının 2015-ci ilin may ayında Bakı şəhərində keçirilməsi barədə qərar qəbul edilmişdir.

Bununla əlaqədar olaraq 2013-cü il fevralın 19-da "Azərbaycan Respublikası hökuməti və Asiya İnkişaf Bankı arasında Asiya İnkişaf Bankının Rəhbərlər Şurasının 48-ci illik toplantısı ilə bağlı" Anlaşma Memorandumu imzalanmışdır.

1966-cı ildə yaradılmış, hazırda 67 üzvü olan və əsas vəzifəsi üzv ölkələrin inkişafında onlara yardım etməklə əhalinin həyat səviyyəsini yaxşılaşdırmaqdan ibarət olan Asiya İnkişaf Bankının Rəhbərlər Şurasının illik toplantısının Bakı şəhərində keçirilməsi Azərbaycanın beynəlxalq nüfuzunun göstəricisi olmaqla yanaşı, ölkəmizin AsiyaSakit okean regionunda yerləşən dövlətlərlə əməkdaşlığının genişlənməsinə böyük təkan verəcəkdir.

Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 32-ci bəndini rəhbər tutaraq 2015-ci ilin may ayında Bakı şəhərində Asiya İnkişaf Bankının Rəhbərlər Şurasının 48-ci illik toplantısının keçirilməsini təmin etmək məqsədi ilə qərara alıram:

1. Asiya İnkişaf Bankının Rəhbərlər Şurasının 48-ci illik toplantısının 2015-ci il mayın 3-dən 5-dək Bakı şəhərində keçirilməsi ilə bağlı aşağıdakı tərkibdə Təşkilat Komitəsi yaradılsın:

 

 

Təşkilat Komitəsinin sədri

 

Yaqub Eyyubov - Azərbaycan Respublikası Baş nazirinin birinci müavini

 

 

Təşkilat Komitəsi sədrinin müavini

 

Samir Şərifov - Azərbaycan Respublikasının maliyyə naziri, Azərbaycan Respublikasından Asiya İnkişaf Bankının Rəhbərlər Şurasının üzvü

 

 

Təşkilat Komitəsinin üzvləri:

 

Hacıbala Abutalıbov - Bakı Şəhər İcra Hakimiyyətinin başçısı

Elmar Məmmədyarov - Azərbaycan Respublikasının xarici işlər naziri

Ramil Usubov - Azərbaycan Respublikasının daxili işlər naziri

Eldar Mahmudov - Azərbaycan Respublikasının milli təhlükəsizlik naziri

Şahin Mustafayev - Azərbaycan Respublikasının iqtisadi inkişaf naziri

Fazil Məmmədov - Azərbaycan Respublikasının vergilər naziri

Ziya Məmmədov - Azərbaycan Respublikasının nəqliyyat naziri

Əbülfəs Qarayev - Azərbaycan Respublikasının mədəniyyət turizm naziri

Əli Abbasov - Azərbaycan Respublikasının rabitə informasiya

texnologiyaları naziri

Oqtay Şirəliyev - Azərbaycan Respublikasının səhiyyə naziri

Aydın Əliyev - Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsinin sədri

Anar Ələkbərov - Heydər Əliyev Mərkəzinin direktoru

Elman Rüstəmov - Azərbaycan Respublikası Mərkəzi Bankının sədri

Elçin Quliyev - Azərbaycan Respublikası Dövlət Sərhəd Xidmətinin rəisi

Firudin Nəbiyev - Azərbaycan Respublikası Dövlət Miqrasiya Xidmətinin rəisi

Cahangir Əsgərov - "Azərbaycan Hava Yolları" Qapalı Səhmdar

Cəmiyyətinin prezidenti

 

 

2. Təşkilat Komitəsi:

2.1. "Azərbaycan Respublikası hökuməti Asiya İnkişaf Bankı arasında Asiya İnkişaf Bankının Rəhbərlər Şurasının 48-ci illik toplantısı ilə bağlı" Anlaşma Memorandumuna uyğun olaraq illik toplantının təşkili keçirilməsinə dair tədbirlər planının hazırlanmasını icrasını təmin etsin;

2.2. Asiya İnkişaf Bankının Rəhbərlər Şurasının 48-ci illik toplantısının keçirilməsi ilə əlaqədar digər zəruri məsələləri həll etsin.

3. Azərbaycan Respublikasının Maliyyə Nazirliyi Asiya İnkişaf Bankının Rəhbərlər Şurasının 48-ci illik toplantısının keçirilməsi ilə bağlı Asiya İnkişaf Bankı ilə əlaqələndirmə Təşkilat Komitəsinin katibliyi funksiyalarını həyata keçirsin. 

4. Azərbaycan Respublikasının Nazirlər Kabineti bu sərəncamdan irəli gələn məsələləri həll etsin.

 

 

İlham ƏLİYEV,

Azərbaycan Respublikasının Prezidenti

Bakı şəhəri, 22 may 2013-cü il

 

Azərbaycan.-2013.- 22 may.- S.2.