Yeni Azərbaycan Partiyası Şəki
təşkilatının növbəti konfransı keçirilmişdir
Yeni
Azərbaycan Partiyası Şəki təşkilatının
VII konfransı keçirilmişdir. Konfransda şəhər rəhbərliyi,
YAP Siyasi Şurasının və Mərkəzi
Aparatının məsul nümayəndələri, qurumun ərazi
təşkilatlarından seçilmiş 278 partiya üzvü
iştirak etmişdir.
AzərTAc
xəbər verir ki, konfrans iştirakçıları əvvəlcə
partiyanın yaradıcısı, ümummilli lider Heydər Əliyevin
abidəsi önünə gül-çiçək
düzmüş, xatirəsini ehtiramla yad etmişlər.
Təşkilatın
sədri Həsən Həsənovun hesabat məruzəsində
qurumun əvvəlki konfransdan keçən dövr ərzindəki
fəaliyyəti təhlil edilmiş, qarşıda duran vəzifələrdən
bəhs olunmuşdur. Bildirilmişdir ki, 102 ərazi ilk partiya təşkilatını
özündə birləşdirən YAP Şəki təşkilatının
üzvlərinin sayı ötən dövr ərzində daha
980 nəfər artaraq 10 min nəfəri
ötmüşdür. Qarşıdan çox məsul siyasi
kampaniya - növbəti prezident seçkilərinin gəldiyini
vurğulayan H.Həsənov təşkilat üzvlərinin
ölkəmiz üçün mühüm əhəmiyyət
daşıyan bu seçkilərə çox ciddi
hazırlaşdıqlarını diqqətə
çatdırmışdır. Qeyd edilmişdir ki,
xalqımız əvvəlki seçkilərdə olduğu
kimi, bu dəfə də Yeni Azərbaycan Partiyasının
vahid namizədini dəstəkləməklə tərəqqiyə,
sülh və əmin-amanlığa səs vermiş olacaqlar.
Konfransda
YAP Siyasi Şurasının üzvü, AMEA Tarix
İnstitutunun direktoru, Milli Məclisin deputatı Yaqub Mahmudov və
başqaları çıxış edərək təşkilatın
üzvlərinə qarşıdakı prezident seçkilərində
uğurlar arzulamış, təklif və tövsiyələrini
bildirmişlər.
Konfransın
sonunda Yeni Azərbaycan Partiyasının V qurultayına
nümayəndələr seçilmişdir.
Azərbaycan.-2013.- 23 may.- S.4.