Azərbaycan Prezidenti İlham Əliyev NATO baş katibinin müavinini qəbul etmişdir
Mayın
23-də Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev
NATO baş katibinin müavini Qabor İklodini qəbul
etmişdir.
Dövlətimizin
başçısı Azərbaycan ilə NATO arasında əməkdaşlığın
uğurla inkişaf etdiyini vurğuladı. Özünün
Brüsselə, NATO-nun baş katibi Anders Foq Rasmussenin Azərbaycana
səfərini məmnunluqla xatırlayan Prezident İlham Əliyev
həmin səfərlər zamanı aparılan müzakirələrin
əməkdaşlığımızın genişləndirilməsi
baxımından önəmini qeyd etdi. Dövlətimizin
başçısı Azərbaycan-NATO əməkdaşlığının
gələcəkdə də davam etdiriləcəyinə əminliyini
bildirdi. Azərbaycan hərbçilərinin Əfqanıstandakı
beynəlxalq sülhməramlı missiyanın tərkibində
uğurlu fəaliyyətinə toxunan Prezident İlham Əliyev
vurğuladı ki, ölkəmiz Əfqanıstanda
sülhün və sabitliyin bərqərar olunması işinə
təhsil, təcrübə mübadiləsi və digər sahələrdə
də kömək edə bilər.
NATO
baş katibinin müavini Qabor İklodi "Meydana
çıxan təhlükəsizlik
çağırışları: XXI əsrdə enerji təhlükəsizliyinin
genişləndirilməsi" mövzusunda Bakıda
keçirilən konfransın önəmini vurğuladı.
NATO
ilə Azərbaycan arasında mövcud olan əməkdaşlığın
son illər daha da inkişaf etdiyini qeyd edən qonaq Azərbaycan
hərbçilərinin Əfqanıstandakı beynəlxalq
sülhməramlı missiyanın tərkibində uğurlu fəaliyyətinə,
ölkəmizin Beynəlxalq Təhlükəsizliyə
Yardım Qüvvələrinə dəstəyə görə
dövlət başçısına minnətdarlığını
bildirdi. O, NATO-nun Əfqanıstandakı 2014-cü ildən
sonrakı missiyasında Azərbaycanın iştirakı ilə
bağlı mövqeyini də yüksək qiymətləndirdi.
Görüşdə
enerji təhlükəsizliyi, nüvə silahının
yayılmaması, terrorizmə qarşı mübarizə və
digər sahələrdə əməkdaşlığın
genişləndirilməsi ilə bağlı məsələlər
ətrafında fikir mübadiləsi aparıldı.
AzərTAc
Azərbaycan.-2013.- 24 may.- S.1.