Prezident İlham Əliyev ATƏT-in Minsk qrupunun həmsədrlərini və hazırkı sədrinin xüsusi nümayəndəsini qəbul etmişdir

 

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev mayın 23-də ATƏT-in Minsk qrupunun həmsədrləri İqor Popovu (Rusiya), Yan Kellini (ABŞ), Jak Foru (Fransa) və ATƏT-in hazırkı sədrinin xüsusi nümayəndəsi Anji Kaspşiki qəbul etmişdir.

Görüşdə Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin sülh yolu ilə nizama salınması istiqamətində danışıqların hazırkı vəziyyəti və perspektivləri ilə bağlı məsələlər müzakirə olunmuşdur.

 

 

AzərTAc

 

Azərbaycan.-2013.- 24 may.- S.1.