İordaniyanın Kralı əlahəzrət
II Abdullah ibn Al Hüseynə
Əlahəzrət!
Əziz qardaşım!
Ölkənizin milli bayramı - Müstəqillik Günü münasibətilə Sizi və Sizin simanızda bütün xalqınızı öz adımdan və Azərbaycan xalqı adından səmimi-qəlbdən təbrik edirəm.
Əminəm ki, Azərbaycan-İordaniya dostluğu və əməkdaşlığının xoş ənənələrini daim yaşatmaq və inkişaf etdirmək üçün birgə səylərimizi bundan sonra da ardıcıl şəkildə davam etdirəcəyik.
Bu bayram günündə Sizə möhkəm cansağlığı, işlərinizdə uğurlar, qardaş İordaniya xalqına sülh və firavanlıq diləyirəm.
Hörmətlə,
İlham ƏLİYEV,
Azərbaycan Respublikasının Prezidenti
Bakı, 20 may 2013-cü il
Azərbaycan.-2013.- 25 may.- S.2.