Argentina Respublikasının
Prezidenti zati-aliləri
xanım Kristina Fernandes de Kirşnerə
Hörmətli xanım Prezident!
Argentina Respublikasının milli bayramı - May inqilabının ildönümü
münasibətilə Sizə
və xalqınıza
öz adımdan və Azərbaycan xalqı adından ən səmimi təbriklərimizi yetirirəm.
Ümidvaram ki, Azərbaycan-Argentina dövlətlərarası münasibətlərinin
inkişafı dostluq əlaqələrimizin daha
da möhkəmlənməsi
və əməkdaşlığımızın
genişlənməsi üçün
yeni imkanlar açacaqdır.
Belə
bir əlamətdar gündə Sizə möhkəm cansağlığı,
işlərinizdə uğurlar,
dost Argentina xalqına əmin-amanlıq
və rifah arzulayıram.
Hörmətlə,
İlham ƏLİYEV,
Azərbaycan Respublikasının Prezidenti
Bakı, 20 may 2013-cü il
Azərbaycan.-2013.- 25 may.- S.2.