Azərbaycan Respublikasının Prezidenti

 zati-aliləri cənab İlham Əliyevə

 

Zati-aliləri!

Azərbaycanın milli bayramı - Respublika Günü münasibətilə Xorvatiya xalqı adından və şəxsən öz adımdan ən səmimi təbriklərimi Sizə və Azərbaycan xalqına çatdırmaqdan məmnunam, ölkənizə və vətəndaşlarınıza firavanlıq arzulayıram. Əminəm ki, ölkələrimiz arasındakı dostluq və tərəfdaşlıq daha da inkişaf edəcəkdir. Bu yaxınlarda keçirdiyimiz səmimi görüş bu məqsədə töhfə vermişdir.

Zati-aliləri, ən dərin ehtiramımı qəbul etməyinizi xahiş edirəm.

 

 

 

İvo YOSİPOVİÇ,

Xorvatiya Respublikasının Prezidenti

Azərbaycan.-2013.- 25 may.- S.2.