Azərbaycan Respublikasının Prezidenti zati-aliləri cənab İlham Əliyevə

 

Hörmətli cənab Prezident!

Azərbaycan Respublikasının milli bayramı münasibətilə Sizə və xalqınıza səmimi təbriklərimi çatdırıram. Tanrıdan diləyirəm ki, hər bir bəndəsinə xoşbəxt və mehriban ailədə yaşamaq nəsib etsin.

Zati-aliləri, Sizə, ölkənizin siyasi rəhbərliyinə və xalqınıza ulu Tanrıdan bol-bol xeyir-dua diləyirəm.

Hörmətlə,

 

 

Roma Papası FRENSİS

Azərbaycan.-2013.- 25 may.- S.2.