ABŞ-ın dövlət katibi
Con Kerri Respublika Günü
münasibətilə
Azərbaycan xalqını təbrik etmişdir
Təbrikdə deyilir: 28 May - Respublika Günü münasibətilə Azərbaycan xalqını təbrik etməkdən məmnunam.
Amerika Birləşmiş Ştatları və Azərbaycan Respublikası möhkəm tərəfdaşlıq əlaqələri qurmuşlar. Biz müstəqilliyin möhkəmləndirilməsində, demokratik təsisatların gücləndirilməsində və iqtisadi islahatların təşviqində Azərbaycanı dəstəkləməyə sadiqik.
Təhlükəsizlik məsələlərinə gəlincə, hərbçilərimiz sülh və təhlükəsizlik naminə çiyin-çiyinə dayandığından Əfqanıstanın gələcəyinə töhfələrinə görə Azərbaycana xüsusi minnətdarlığımızı bildiririk. Həmçinin uzun illər davam edən ikitərəfli enerji əməkdaşlığı gələn ay "Cənub" dəhlizi barədə son qərar qəbul edildikdən sonra yeni mərhələyə qədəm qoyacaqdır.
Belə
bir əlamətdar günü qeyd edərkən daha dinc və
çiçəklənən bir dünya qurmaq
üçün Sizinlə birgə
çalışacağımıza ümidvarıq.
Azərbaycan.-2013.- 24 may.- S.5.