Ədliyyə naziri Lənkəran
şəhərində vətəndaşları qəbul etmişdir
Azərbaycan Prezidenti İlham Əliyevin dövlət qurumları tərəfindən insanlara layiqli xidmət göstərilməsi, vətəndaşların müraciətlərinə qayğı və həssaslıqla yanaşılması, bu zaman ədalət prinsipinin tam təmin olunması ilə bağlı tapşırıqları Ədliyyə Nazirliyi tərəfindən daim diqqətdə saxlanılaraq vətəndaşların qəbulu, onların ərizə və şikayətlərinin baxılaraq həll olunması üçün müvafiq tədbirlər görülür, müasir informasiya-kommunikasiya və elektron xidmətlər geniş tətbiq olunur.
Ədliyyə
Nazirliyinin mətbuat xidmətindən AzərTAc-a bildirmişlər ki, ədliyyə
naziri, Məhkəmə-Hüquq Şurasının sədri
Fikrət Məmmədov mayın 24-də Lənkəran şəhərindəki
Heydər Əliyev Mərkəzində Astara, Lerik, Masallı,
Yardımlı, Cəlilabad və Lənkəran
rayonlarından olan vətəndaşların qəbulunu keçirmişdir.
Vətəndaşların
rahatlığının təmin edilməsi məqsədilə
nazirin qəbuluna yazılış mayın 18-dən
başlanılmış, bu proseduru asanlaşdırmaq
üçün nazirliyin elektron xidmətlər portalında
xüsusi olaraq qəbula birbaşa yazılmaq imkanı
yaradılmışdır.
Gün ərzində aparılmış qəbul zamanı nazir ədliyyə orqanlarının, o cümlədən notariat, qeydiyyat və icra qurumlarının, habelə məhkəmələrin fəaliyyəti ilə bağlı hər bir vətəndaşın müraciətini, o cümlədən ərizə, şikayət və təkliflərini diqqətlə nəzərdən keçirərək qaldırılan məsələlərin qanunvericiliyə uyğun həll edilməsi üçün dərhal qəbulda iştirak edən nazirliyin aidiyyəti məsul işçilərinə tapşırıqlar vermişdir.
Qəbul zamanı bölgə vətəndaşlarını narahat edən məsələlərin bir qismi elə yerindəcə öz həllini tapmış, digər müraciətlər isə hərtərəfli araşdırılaraq konkret tədbirlərin görüləcəyi bildirilmişdir.
Eyni
zamanda, ədliyyə və məhkəmə fəaliyyətinə
aid olmayan digər məsələlərlə bağlı
müraciətlərə də baxılmış, onların
araşdırılması üçün aidiyyəti üzrə
göndərilməsi təmin olunmuşdur.
Azərbaycan.-2013.- 24 may.- S.7.