Gürcüstanın Prezidenti zati-aliləri cənab Mixeil Saakaşviliyə

 

Hörmətli cənab Prezident!

 

Əziz dostum!

Gürcüstanın milli bayramı - Dövlət müstəqilliyinin bərpası günü münasibətilə SiziSizin simanızda qardaş xalqınızı öz adımdan və Azərbaycan xalqı adından ürəkdən təbrik edirəm.

Azərbaycan ilə Gürcüstanı çoxəsrlik dostluqmehriban qonşuluq münasibətləri birləşdirir. Bu gün bu münasibətlər dinamik və hərtərəfli inkişaf edərək yeni məzmun kəsb etmiş, strateji tərəfdaşlıq səviyyəsinə yüksəlmişdir.

Əminəm ki, istər ikitərəfli qaydada, istərsə də regional və beynəlxalq qurumlar çərçivəsində qarşılıqlı etimada və dəstəyə əsaslanan əməkdaşlığımızı, xalqlarımızın rifahı, ölkələrimizin çiçəklənməsi, regionumuzda tərəqqi və sabitliyin bərqərar olması naminə birgə səylərimizi bundan sonra da davam etdirəcəyik.

Bu əlamətdar bayram günündə Sizə möhkəm cansağlığı, işlərinizdə uğurlar, qardaş Gürcüstan xalqına sülhrifah arzulayıram.

Hörmətlə,

 

 

İlham ƏLİYEV,

Azərbaycan Respublikasının Prezidenti

Bakı, 20 may 2013-cü il

Azərbaycan.-2013.- 26 may.- S.1.