Bakıda Ağ Şəhər
bulvarının təməli qoyulmuşdur
Azərbaycan Prezidenti İlham Əliyev
tədbirdə iştirak etmişdir
Mayın 25-də Bakıda Ağ Şəhər bulvarının təməli qoyulmuşdur.
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev tədbirdə iştirak etmişdir.
Ağ Şəhər bulvarı Dənizkənarı Milli Parkın genişləndirilməsi ilə əlaqədar Prezident İlham Əliyevin tapşırıqlarına əsasən görülən işlərin davamı olaraq salınacaqdır.
Əvvəlcə dövlət başçısına ərazidə aparılacaq tikinti işləri barədə məlumat verildi.
Prezident İlham Əliyev Ağ Şəhər bulvarının təməlini qoydu.
Azərbaycan Prezidentinə görüləcək işlər barədə məlumat verildi. Bildirildi ki, Ağ Şəhər bulvarı Dənizkənarı Milli Parkın ən gözəl yerlərindən birinə çevriləcəkdir. Burada dənizkənarı piyada yolları salınacaq, yaşıllıq zonaları yaradılacaq, sahilbərkitmə işləri aparılacaqdır. İnsanların təhlükəsizliyini və hərəkətin rahatlığını təmin etmək üçün piyada keçidləri inşa ediləcəkdir. Bu nəhəng istirahət mərkəzi sürətlə genişlənən və müasirləşən Bakının ümumi mənzərəsini daha da gözəlləşdirəcəkdir.
Prezident İlham Əliyev görüləcək işlərlə bağlı tapşırıq və tövsiyələrini verdi.
AzərTAc
Azərbaycan.-2013.- 26 may.- S.1.