Azərbaycan Respublikasının Prezidenti zati-aliləri cənab İlham
Əliyevə
Hörmətli İlham Heydər oğlu!
Azərbaycan Respublikasının milli bayramının ildönümü münasibətilə Sizi və bütün Azərbaycan xalqını təbrik etməkdən və ən xoş arzularımı bildirməkdən böyük məmnunluq hissi duyuram.
Tacikistan ilə Azərbaycan arasında qarşılıqlı faydalı əməkdaşlıq əlaqələrinin bütün istiqamətlər üzrə inkişaf dinamikasından çox məmnun olduğumuzu vurğulamaq istərdim. Əminəm ki, yaranmış ənənəvi ikitərəfli dostluq münasibətləri xalqlarımızın rifahı naminə bundan sonra da inkişaf edəcək və dərinləşəcəkdir.
Tacikistan öz tərəfindən ölkələrimiz arasında əməkdaşlığın möhkəmlənməsi və genişlənməsi üçün zəruri olan bütün tədbirləri görmək əzmindədir.
Hörmətli İlham Heydər oğlu, bu əlamətdar gündə Sizə möhkəm cansağlığı və böyük uğurlar, qardaş Azərbaycan xalqına isə sülh, əmin-amanlıq və firavanlıq diləyirəm.
Hörmətlə,
Emoməli RƏHMON,
Tacikistan Respublikasının Prezidenti
Azərbaycan.- 2013.- 26 may.- S. 2.