Azərbaycan Respublikasının Prezidenti zati-aliləri cənab İlham Əliyevə

 

Hörmətli İlham Heydər oğlu!

 

Azərbaycanın dövlət bayramı - Respublika Günü münasibətilə səmimi təbriklərimi qəbul edin.

Sizin rəhbərliyinizlə ölkə daxilində həyata keçirilən genişmiqyaslı sosial-iqtisadi dəyişikliklərin və tarazlaşdırılmış xarici siyasətin uğurları Qazaxıstanda yaxşı məlumdur.

Qazaxıstan ilə Azərbaycan arasında dostluğun və əməkdaşlığın möhkəmlənməsinə Sizin şəxsi töhfənizi dəyərləndirirəm. Əminəm ki, qarşılıqlı etimada və dəstəyə əsaslanan strateji tərəfdaşlığımız bundan sonra da hər iki ölkənin xalqlarının rifahı naminə uğurla inkişaf edəcəkdir.

Hörmətli İlham Heydər oğlu, fürsətdən istifadə edib Sizə möhkəm cansağlığı və dövləti fəaliyyətinizdə uğurlar, qardaş Azərbaycan xalqına isə firavanlıq və tərəqqi arzulayıram.

Hörmətlə,

 

 

Nursultan NAZARBAYEV,

Qazaxıstan Respublikasının Prezidenti

Azərbaycan.- 2013.-  26 may.- S. 2.