Azərbaycan Respublikasının Prezidenti zati-aliləri cənab İlham
Əliyevə
Zati-aliləri!
Azərbaycanın milli bayramı - Respublika günü münasibətilə Sizə Hindistan xalqı adından və şəxsən öz adımdan ən səmimi salamlarımı və təbriklərimi çatdırmaqdan böyük məmnunluq hissi duyuram.
Hindistan və Azərbaycan xalqları arasındakı dostluq münasibətləri möhkəm tarixi və mədəni əlaqələrə söykənir. Əminəm ki, çoxtərəfli qarşılıqlı əlaqələrimiz xalqlarımızın mənafeyi naminə daha da inkişaf edəcəkdir. Hindistan Azərbaycan ilə əməkdaşlığın intensivləşdirilməsini arzu edir.
Cənab Prezident, Sizə möhkəm cansağlığı və xoşbəxtlik, Azərbaycan xalqına isə firavanlıq və inkişaf arzulayıram.
Zati-aliləri,
ən dərin ehtiramımı qəbul etməyinizi xahiş
edirəm.
Pranab MUKHERCİ,
Hindistan Respublikasının Prezidenti
Azərbaycan.- 2013.- 26 may.- S. 2.