Avropa Şurası Parlament
Assambleyasının prezidenti Azərbaycana
səfərə gəlmişdir
Avropa Şurası Parlament Assambleyasının (AŞ PA) prezidenti Jan-Klod Minyon mayın 25-də Azərbaycana səfərə gəlmişdir.
AzərTAc xəbər verir ki, Heydər Əliyev Beynəlxalq Aeroportunda qonağı Milli Məclis Sədrinin birinci müavini Ziyafət Əsgərov və digər rəsmi şəxslər qarşılamışlar.
Səfərin məqsədi Azərbaycan ilə AŞ PA arasında müxtəlif sahələrdə əlaqələrin inkişafına dair məsləhətləşmələr aparmaqdır.
Səfər
çərçivəsində AŞ PA-nın prezidentinin
Milli Məclisdə, Xarici İşlər Nazirliyində bir
sıra görüşləri nəzərdə
tutulmuşdur.
Azərbaycan.- 2013.- 26 may.- S. 2.