«Azərbaycan Avropa yolu: irəliləyişlər və potensiallar» mövzusunda Alman-Azərbaycan dialoq forumu keçirilmişdir

 

Azərbaycan Respublikasının Prezidenti yanında Strateji Araşdırmalar Mərkəzinin (SAM) direktoru Fərhad Məmmədov "Konrad Adenauer Fondu" Azərbaycan Respublikasının Dövlət Neft Şirkəti tərəfindən təşkil olunmuş "Azərbaycan Avropa yolu: irəliləyişlər potensiallar" mövzusunda Alman-Azərbaycan dialoq forumunda çıxış etmişdir. 

SAM-dan AzərTAc-a bildirmişlər ki, iki gün davam edən tədbirdə "Azərbaycan və "Şərq tərəfdaşlığı": siyasi və iqtisadi tərəfdaşlıq", "Regional təhlükəsizlik strukturları və çağırışlar: Azərbaycanın strateji rolu", "Azərbaycan iqtisadi inkişafı və əməkdaşlıq potensialları", "Azərbaycan və Almaniya tərəfdaşlığı: yekun nitq və tövsiyələr" kimi mövzular müzakirə olunmuşdur.

 

 

AzərTAc

 

Azərbaycan.- 2013.- 26 may.- S. 7.