Prezident İlham Əliyev
Azərbaycan Xalq Cümhuriyyətinin şərəfinə
ucaldılmış abidəni ziyarət etmişdir
1918-ci
il mayın 28-də Azərbaycan Xalq Cümhuriyyətinin
yaradılması xalqımızın həyatına
böyük və tarixi hadisə kimi daxil olmuşdur. Müstəqil,
azad, demokratik respublika qurulmasını qarşısına məqsəd
qoyan Azərbaycan Xalq Cümhuriyyəti cəmi 23 aylıq fəaliyyəti
dövründə xalqımızın milli mənlik
şüurunu özünə qaytarmış, onun öz
müqəddəratını təyin etməyə qadir
olduğunu nümayiş etdirmişdir.
1918-ci
il mayın 28-də Tiflisdə qəbul edilmiş
"İstiqlal Bəyannaməsi"ndən - "Əqdnamə"dən
də göründüyü kimi, bu möhtəşəm
tarix xalqımızın müstəqillik amalını daha da
gücləndirmiş, onu heç vaxt ölməyə
qoymamışdır.
XX əsrin
sonunda yenidən müstəqilliyinə qovuşan Azərbaycan
öz suverenliyini qoruyub saxlamağı bacarmışdır.
Ümummilli lider Heydər Əliyev Azərbaycan dövlətçiliyinin
qorunması üçün qətiyyətli tədbirlər
görmüş, ölkədə davamlı ictimai-siyasi
sabitliyi bərqərar etmişdir. Ulu öndər Heydər Əliyevin
şah əsəri olan müasir müstəqil Azərbaycan
dövləti sürətli inkişaf yoluna qədəm
qoymuşdur.
Şərqdə
ilk demokratik respublika olan Azərbaycan Xalq Cümhuriyyəti XX əsrin
sonunda yenidən istiqlaliyyətinə qovuşan müstəqil
Azərbaycanın şərəfli tarixində böyük mərhələnin
başlanğıcını qoymuşdur. Xalqımız Azərbaycan
Xalq Cümhuriyyətinin yarandığı bu şərəfli
tarixi - 28 Mayı Respublika Günü kimi qeyd edir.
* * *
Azərbaycan
Respublikasının Prezidenti İlham Əliyev Azərbaycan
Xalq Cümhuriyyətinin şərəfinə paytaxtın
İstiqlaliyyət küçəsində ucaldılmış
abidəni Respublika Günü münasibətilə mayın
27-də ziyarət etmişdir.
Abidənin
ətrafında fəxri qarovul dəstəsi
düzülmüşdü.
Dövlət
başçısı abidənin önünə əklil
qoydu.
Azərbaycan
Respublikasının dövlət himni səsləndirildi.
AzərTAc
Azərbaycan.-2013.- 26 may.- S.2.