Azərbaycan Respublikasının Prezidenti zati-aliləri cənab İlham Əliyevə

 

Hörmətli cənab Prezident!

 

Azərbaycanın milli bayramı - 28 May - Respublika Günü münasibətilə Zati-alinizə və bütün Azərbaycan xalqına TÜRKSOY-un Baş Katibliyi, Türkdilli Ölkələrin Mədəniyyət Nazirlərinin Daimi Şurası  adından və şəxsən öz adımdan səmimi təbriklərimi çatdırıram.

Türk dünyasında qurulan ilk respublika olanbu il yaradılmasının 95-ci ildönümünü qeyd etdiyimiz Azərbaycan Respublikası Zati-alinizin məqsədyönlü siyasəti və müdrik rəhbərliyi nəticəsində aparıcı dövlətlər arasında öz layiqli yerini tutmuş və dünyanın mədəni mərkəzlərindən birinə çevrilmişdir.

TÜRKSOY-a ən yaxın dəstəklərini əsirgəməyən Zati-alinizin diqqəti və qayğısı sayəsində zəngin Azərbaycan mədəniyyəti TÜRKSOY tərəfindən keçirilən bütün beynəlxalq tədbirlərdə ümumtürk mədəniyyətini layiqincə təmsil edirdünya mədəniyyətinə böyük töhfələr verir.

Fürsətdən istifadə edərək, Zati-alinizə möhkəm cansağlığı, bütün təşəbbüslərinizdə uğurlarqardaş Azərbaycan xalqına sülh, tərəqqi və firavanlıq arzu edirəm.

Dərin hörmət və ehtiramla,

 

 

Düsen KASEİNOV,

TÜRKSOY-un baş katibi

 

Azərbaycan.- 2013.- 28 may.- S. 4.