Azərbaycan Respublikasının Prezidenti zati-aliləri cənab İlham Əliyevə

 

Zati-aliləri!

 

Ölkəniz və xalqınız 28 May - Respublika Gününü bayram edərkən Zati-alinizə ən səmimi təbriklərimi çatdırmaqda Filippin xalqı da mənə qoşulur.

Fürsətdən istifadə edərək Zati-alinizə bir daha bildirmək istəyirəm ki, Filippin ölkələrimiz arasında ikitərəfli əlaqələrin daha da möhkəmləndirilməsi işinə sadiqdir.

Bu əlamətdar bayram günündə əminliyimi bildirmək istəyirəm ki, Filippin və Azərbaycan siyasi, iqtisadi, mədəni sahələrdə intensiv əməkdaşlıq, xalqlarımız arasında qarşılıqlı əlaqələr sayəsində dostluq münasibətlərini inkişaf etdirəcəklər.

Zati-alinizə möhkəm cansağlığı, Azərbaycan xalqının əmin-amanlığı, tərəqqisi və rifahı naminə fəaliyyətinizdə uğurlar arzu edirəm.

 

 

III Beniqno AKİNO,

Filippin Respublikasının Prezidenti

 

Azərbaycan.- 2013.- 28 may.- S. 4.