Azərbaycan Respublikasının Prezidenti zati-aliləri
cənab İlham Əliyevə
Zati-aliləri!
28
May - Respublika Günü münasibətilə Malta xalqı
adından və şəxsən öz adımdan Sizə, Azərbaycan
hökumətinə və xalqına səmimi
salamlarımı və təbriklərimi çatdırmaqdan
böyük məmnunluq duyuram.
Fürsətdən
istifadə edərək Zati-alinizə möhkəm
cansağlığı, Azərbaycan xalqına əmin-amanlıq
və davamlı tərəqqi arzulayıram. Həmçinin
ölkələrimiz arasındakı yüksək səviyyəli
əlaqələrin xalqlarımızın mənafeyi naminə
daha da inkişaf edəcəyinə əminliyimi ifadə etmək
istəyirəm.
Corc ABELA,
Malta Respublikasının
Prezidenti
Azərbaycan.- 2013.- 28 may.- S. 4.