Azərbaycan Respublikasının Prezidenti zati-aliləri
cənab İlham Əliyevə
Zati-aliləri!
28
May - Respublika Günü münasibətilə Avstraliya
hökuməti və xalqı ilə birlikdə Sizə,
hökumətinizə və Azərbaycan xalqına ən səmimi
arzularımı çatdırmaq istəyirəm.
Avstraliya
ilə Azərbaycanın beynəlxalq sülh və təhlükəsizliyə
bir çox oxşar yanaşmaları vardır. Diplomatik
münasibətlərimizin qurulmasının 20-ci
ildönümünü yüksək qiymətləndirərək,
ölkələrimiz arasında ikitərəfli əlaqələrin
inkişafına töhfə verəcək Azərbaycan səfirliyinin
bu il Avstraliyada açılmasını səbirsizliklə
gözləyirəm.
2013-cü
ilin oktyabrında Azərbaycanda prezident seçkilərinin dinc
və uğurlu keçməsini arzulayıram. Bu seçkilərdən
əvvəl - 2013-cü ilin sentyabrında Avstraliyada federal
seçkilər keçiriləcəkdir. Hər iki seçki
bizim demokratiyaya sadiqliyimizin vacib ifadəsi olacaqdır.
Avstraliya
hökuməti beynəlxalq ictimaiyyətin göstərdiyi
etimad nəticəsində 2013-2014-cü illər
üçün BMT Təhlükəsizlik Şurasına
üzv seçilmək şərəfinə layiq
görülmüşdür. Biz inanırıq ki, müasir
çağırışlar qlobal həll yolu tələb
edir və BMT kimi çoxtərəfli təşkilatlar
kollektiv həllin ən yaxşı vasitələrini təmin
edirlər. Avstraliya Təhlükəsizlik Şurasının
qarşısında duran problemlərin həllində Azərbaycan
ilə birgə işləməyə sadiqdir və gələcək
illərdə qarşılıqlı maraq doğuran məsələlər
üzərində ölkənizlə çalışmaq
arzusundadır. 2012-ci ildə Azərbaycanın Təhlükəsizlik
Şurasına uğurlu sədrliyini və Beynəlxalq Təhlükəsizliyə
Yardım Qüvvələrinin Əfqanıstandakı
missiyasına verdiyi dəstəyi yüksək qiymətləndirirəm.
Əminəm
ki, ölkələrimiz arasında mövcud olan dostluq
münasibətləri növbəti illərdə də
inkişaf edəcəkdir.
Hörmətlə,
Xanım Kventin BRAYS,
Avstraliya İttifaqının General-Qubernatoru
Azərbaycan.- 2013.- 28 may.- S. 4.