Siyasi partiyaların nümayəndələri
Avropa Şurası Parlament Assambleyasının prezidenti Jan-Klod Minyon ilə görüşmüşlər
Mayın 27-də Milli Məclisdə təmsil olunan siyasi partiyaların nümayəndələri Avropa
Şurası Parlament Assambleyasının prezidenti
Jan-Klod Minyon ilə görüşmüşlər.
Görüşdə Yeni Azərbaycan, Ədalət,
Vətəndaş Həmrəyliyi,
Demokratik İslahatlar,
Ümid, Ana Vətən,
Sosial Rifah, Böyük Quruluş partiyalarının təmsilçiləri
iştirak etmişlər.
Görüşdə qeyd olunmuşdur ki, Azərbaycan 20-ci əsrdə ikinci dəfə öz müstəqilliyinə qovuşduqdan
sonra ona qarşı bir çox təzyiqlər olmuşdur. Ermənistanın təcavüzü nəticəsində Azərbaycanın
Dağlıq Qarabağ
bölgəsi və onun ətrafındakı yeddi rayon işğal edilmişdir. Bu işğal nəticəsində
1 milyondan artıq insanın hüquqları pozulmuş, onlar qaçqın və məcburi köçkün
vəziyyətində yaşamaq
məcburiyyətində qalmış,
ağır məhrumiyyətlərə
düçar olmuşlar.
Münaqişənin sülh
yolu ilə həlli istiqamətində
fəaliyyət göstərən
ATƏT-in Minsk qrupu uzun
illərdir ki, heç bir irəliləyişə nail ola bilmir. Ermənistan danışıqlar prosesində
həmişə qeyri-konstruktiv
mövqe tutaraq münaqişəni uzatmağa
çalışır. Beynəlxalq təşkilatlar
isə bir çox hallarda məsələyə ikili
standartlardan yanaşaraq Ermənistana
təsir göstərib
ondan beynəlxalq qanunlara hörmətlə
yanaşmağı tələb
etmirlər. Buna görə də Ermənistan Azərbaycan torpaqlarını işğal
altında saxlamağa
davam edir.
Görüşdə Milli Məclisin strukturu və fəaliyyəti, qanunların
qəbul edilməsi prosesi haqqında qonağa məlumat verilmişdir. Diqqətə çatdırılmışdır
ki, Milli Məclis siyasi partiyaların maliyyələşməsi
haqqında qanun qəbul etmişdir və parlamentdə təmsil olunan bütün siyasi partiyalar dövlət büdcəsindən vəsait
alırlar.
J.K.Minyon isə AŞ PA-nın fəaliyyəti və prinsipləri barəsində
məlumat vermiş, quruma rəhbərlik etdiyi dövrdə Ermənistan-Azərbaycan, Dağlıq
Qarabağ münaqişəsinin
sülh yolu ilə həllinə yardımçı olacağını
bildirmişdir.
Görüşdə
qarşılıqlı maraq doğuran məsələlər
ətrafında fikir mübadiləsi
aparılmışdır.
AzərTAc
Azərbaycan.- 2013.- 28 may.- S. 4.