Milli Məclisdə Avropa Şurası Parlament Assambleyasının prezidenti ilə görüş olmuşdur

 

Mayın 27-də Milli Məclisin Sədri Oqtay Əsədov Bakıda səfərdə olan Avropa Şurası Parlament Assambleyasının (AŞ PA) prezidenti Jan-Klod Minyon ilə görüşmüşdür.

AŞ PA kimi nüfuzlu beynəlxalq təşkilatın rəhbərini Azərbaycanda görməkdən məmnun olduğunu bildirən O. Əsədov, onun dəvətini qəbul etdiyinə görə J.K.Minyona təşəkkürünü bildirmişdir.

Milli Məclisin Sədri Strasburqa səfərini xatırladaraq keçirilən görüşlərin məhsuldar olduğunu diqqətə çatdırmışdır.

AŞ PA-nın prezidenti J.K.Minyon səmimi görüşə qonaqpərvərliyə görə minnətdarlığını bildirərək demişdir ki, Şəhidlər xiyabanını ziyarət edərkən çox təsirləndim. Müasir dünyada günahsız insanların qətlə yetirilməsi qəbuledilməzdir.

Qonaq qeyd etmişdir ki, AŞ PA-nın prezidenti kimi fəaliyyəti dövründə Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin sülh yolu ilə həll olunması istiqamətində səylər göstərəcəkdir.

Görüşdə qarşılıqlı maraq doğuran məsələlər ətrafında fikir mübadiləsi aparılmışdır.

 

Azərbaycan.- 2013.- 28 may.- S. 4.