Azərbaycan nümayəndə heyəti İordaniyada Dünya İqtisadi Forumunun iclasında
iştirak etmişdir
Mayın
24-dən 26-dək İordaniyada Yaxın Şərq və
Şimali Afrika regionu üzrə Dünya İqtisadi Forumunun
növbəti iclası keçirilmişdir.
Forumda
İordaniya Kralı II Abdullah, ABŞ-ın dövlət katibi
Con Kerri, dünyanın bir sıra ölkələrinin sabiq
hökumət başçıları, siyasi, ictimai xadimlər,
iqtisadçı ekspertlər, 50-dən çox ölkənin
parlament üzvləri, vətəndaş cəmiyyəti təşkilatlarının
nümayəndələri iştirak etmişlər.
Beynəlxalq
tədbirdə Azərbaycanı rabitə və informasiya
texnologiyaları naziri Əli Abbasovun başçılıq
etdiyi nümayəndə heyəti təmsil etmişdir.
Nazirliyin
mətbuat xidmətindən AzərTAc-a bildirmişlər ki, tədbiri
giriş nitqi ilə açan Kral II Abdullah İordaniyanın
son illər üzləşdiyi iqtisadi və maliyyə problemlərindən
danışmış və forumun işinə uğurlar
arzulamışdır.
Forum
çərçivəsində Yaxın Şərq və Ərəb
dünyasının üzləşdiyi bir sıra iqtisadi
problemlər və onların həlli yolları ilə
bağlı seminarlar təşkil
olunmuşdur.
Forumda
nazir Əli Abbasov çıxış etmişdir.
Ə.Abbasov
İordaniyanın sənaye və ticarət naziri, eyni zamanda
rabitə və informasiya texnologiyaları naziri Hatəm Həlvani
ilə görüşmüşdür. Görüşdə
iki ölkə arasında rabitə və informasiya
texnologiyaları sahəsində əməkdaşlığın
perspektivləri ətrafında fikir mübadiləsi
aparılmışdır.
Ölkəmizin
informasiya-kommunikasiya texnologiyaları (İKT) sahəsində
böyük uğurlar əldə etdiyini deyən Ə.Abbasov
bu sahədə geniş investisiya yatırımı
imkanlarının olduğunu diqqətə
çatdırmış, H.Həlvanini cari ilin dekabrında
Bakıda keçiriləcək "Bakutel-2013" konfrans və
sərgisinə dəvət etmişdir.
Azərbaycana
üç dəfə səfər etdiyini deyən,
respublikamızın hər yerində, xüsusən də
Bakıda aparılan yenidənqurma və quruculuq işlərini
yüksək qiymətləndirən H.Həlvani ölkəmiz
ilə İKT sahəsində əməkdaşlığın
inkişafında maraqlı olduğunu bildirmişdir.
Azərbaycan.- 2013.- 28 may.- S. 6.