«Gələcəyə baxış»
ABŞ - Azərbaycan Forumunun
iştirakçıları Qobustan Milli Tarix Bədii
Qoruğunda olmuşlar
Azərbaycanın Dostları Assambleyası,
Amerika və Avrasiya Türk Şurasının təşkilatçılığı
ilə Bakıda işə başlayan
"Gələcəyə baxış" ABŞ - Azərbaycan
Forumunun iştirakçıları
mayın 26-da Qobustan Milli Tarix-Bədii Qoruğunda olmuşlar.
AzərTAc xəbər verir ki, qonaqlar əvvəlcə
qoruğun muzeyində
nümayiş etdirilən
eksponatlara baxmışlar.
Forum iştirakçılarına məlumat verilmişdir ki, muzeyin rəqəmsal
dizaynı Latviyanın
"Dd-studio" şirkəti
tərəfindən hazırlanmışdır.
Bildirilmişdir ki, Qobustan Azərbaycanın
qədim tarixinin yadigarlarından biridir. Qoruq bu ərazinin üst paleolit və mezolit dövrlərinin ilk
ovçu qəbilələrinin,
neolit dövrünün
ilk maldarlarının məskəni
olmasını sübut
edən abidədir.
Ərazidə aparılmış tədqiqatlar nəticəsində
mindən çox qayanın üzərində
altı mindən artıq təsvir qeydə alınmışdır.
Burada
40-dan artıq kurqan aşkar olunmuş və 105 mindən çox maddi-mədəniyyət
nümunəsi tapılmışdır.
Qobustan qayalarında insan, heyvan, kollektiv əmək, qayıq şəkilləri, döyüş
və ov səhnələri təsvir
edilmişdir. Oyma, sürtmə,
çapma və cızma üsulları ilə çəkilmiş
təsvirlərin ən
qədimləri eramızdan
əvvəl VIII minilliyə
aiddir.
Diqqətə çatdırılmışdır ki, buradakı qavaldaş daş dövründə yaşamış
insanların istifadə
etdikləri musiqi alətidir. Qobustan qayalarında qədim
Azərbaycanın "Yallı"
rəqs səhnələri
təsvir olunmuşdur.
Bu rəqsin uğurlu
ov üçün ovsun mərasimi olduğu vurğulanmışdır.
Qayalardakı Roma yazısı eramızın 81-96-cı illərinə
aiddir və altı sətirdən ibarətdir. Bu, Roma imperatoru Domisianın dövründə XII Roma legionunun
burada olduğunu göstərir.
Qeyd edilmişdir ki, Qobustan Milli Tarix-Bədii Qoruğundakı
nadir qayaüstü rəsmlərin
geniş təbliğinin
xüsusi əhəmiyyətini
nəzərə alan dövlət başçısı İlham
Əliyev qoruq muzeyinin yeni binasının tikilməsi
üçün Prezidentin
Ehtiyat Fondundan vəsait ayrılması ilə bağlı sərəncam imzalamışdır.
Forum iştirakçılarının diqqətinə çatdırılmışdır
ki, 4 min hektardan artıq ərazidə yerləşən, dünya
əhəmiyyətli tarixi
abidə olan Qobustan qoruğu 2007-ci ildə UNESCO-nun maddi-mədəni
irs siyahısına
daxil edilmişdir.
Qədim
insan məskəni ilə tanışlıqdan
məmnun qalan qonaqlar ərazidə
aparılmış tədqiqat
işləri və tarixi eksponatlarla maraqlanmışlar.
"Gələcəyə
baxış" ABŞ - Azərbaycan Forumunun
iştirakçıları Qobustan Milli Tarix-Bədii Qoruğu
ilə tanışlıqdan xoş təəssüratla
ayrılmışlar.
Azərbaycan.- 2013.- 28 may.- S. 7.