Bakıda keçirilən «Gələcəyə
baxış» ABŞ - Azərbaycan Forumunun
iştirakçıları Qafqaz
Universitetində olmuşlar
Bakıda keçirilən "Gələcəyə baxış" ABŞ - Azərbaycan Forumunun iştirakçıları mayın 27-də Qafqaz Universitetində olmuşlar.
Görüşdə Qafqaz Universitetinin rektoru professor Əhməd Saniç rəhbərlik etdiyi ali məktəbdə təhsilin inkişafı üçün həyata keçirilən tədbirlərdən, qazanılan uğurlardan danışmışdır.
Universitetə qəbul olunan gənclərin müvafiq qəbul imtahanlarında yüksək ballar topladıqlarını qeyd edən rektor burada müxtəlif ixtisaslar üzrə bacarıqlı mütəxəssislərin hazırlandığını diqqətə çatdırmışdır.
Professor Ə.Saniç təhsil müəssisəsinin beynəlxalq əlaqələrindən də bəhs etmişdir.
Qafqaz Universitetinin fəaliyyəti barədə videofilm nümayiş etdirilmişdir.
Çıxış edən "Gələcəyə baxış" ABŞ - Azərbaycan Forumunun iştirakçıları Azərbaycanın dinamik inkişaf etdiyini, Bakıda qatıldıqları görüşlərdən məmnun olduqlarını vurğulamışlar.
Amerikalı qonaqlar, eyni zamanda, Qafqaz Universiteti ilə bağlı fikirlərini bildirmişlər.
Sonra
"Gələcəyə baxış" ABŞ - Azərbaycan
Forumunun iştirakçıları universitetin tədris şəraiti
ilə tanış olmuşlar.
AzərTAc
Azərbaycan.-2013.- 28 may.- S. 7.