Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla Əliyevanın təşəbbüsü ilə Moskvada RAGB-nin illik «? Harada? vaxt turniri təşkil edilmişdir

 

Heydər Əliyev Fondunun vitse-prezidenti, Rusiyanın Azərbaycanlı Gənclər Birliyinin (RAGB) sədri Leyla Əliyevanın təşəbbüsü ilə Moskvada RAGB-nin illik "? Harada? vaxt?" turniri təşkil edilmişdir.

Turnirin təşkilatçısı Natiq Əliyev qeyd etmişdir ki, builki turnir Azərbaycan xalqının ümummilli lideri Heydər Əliyevin yubileyinə həsr edilmişdir.

İntellektual turnirdə 150 nəfəri birləşdirən 26 komanda iştirak etmişdir. Turnirin aparıcısı, "Büllur bayquş" mükafatının sahibi Rövşən Əsgərov bu turnirin təşkilinin dəstəklənməsinə görə RAGB-nin sədri Leyla Əliyevaya təşəkkürünü bildirərək qeyd etmişdir ki, Rusiyada yaşayan azərbaycanlı gənclər bu intellektual oyunda böyük həvəslə iştirak edirlər. R.Əsgərov bu cür tədbirlərin müasir Azərbaycan gəncləri üçün vacibliyini vurğulamışdır.

"Büllur bayquş" mükafatının digər sahibi Vladimir Antoxin bu turnirə xüsusi dəvət edilmiş qonaq kimi gəlmişdi.

İntellektuallar yarışının iştirakçılarına verilən suallar arasında Azərbaycan xalqının ümummilli lideri Heydər Əliyevin həyat və fəaliyyəti ilə bağlı suallar da vardı.

Turnirdə Rusiya Dövlət Vergi Akademiyasının komandası qalib gəlmişdir. İkinci yeri Moskva Dövlət Beynəlxalq Münasibətlər İnstitutunun komandası tutmuşdur. Qaliblərə "Baku" jurnalı adından hədiyyələr təqdim edilmişdir.

 

 Fəridə ABDULLAYEVA,

AzərTAcn xüsusi müxbiri

Moskva

 

Azərbaycan.- 2013.- 28 may.- S. 12.