Gənclər «Karmen» operasına tamaşa etmişlər

 

Gənclərimizin teatrlara, kino zallarına mütəmadi gəlişini təşkil etmək, onların bu sahəyə diqqətini artırmaq məqsədilə Yeni Azərbaycan Partiyası (YAP) Gənclər Birliyinin başladığı "Mədəniyyətə səyahət" adlı layihə çərçivəsində partiyanın gənc üzvləri növbəti dəfə Azərbaycan Dövlət Akademik OperaBalet Teatrında olmuşlar.

YAP Gənclər Birliyindən bildirmişlər ki, gənclər teatrda nümayiş olunan Jorj Bizenin "Karmen" operasına tamaşa etmişlər.

 Azərbaycan səhnəsində ilk dəfə olaraq Karmen partiyasını məşhur rusiyalı vokalçı, M.İ.Qlinka adına və Beynəlxalq "Bellini" müsabiqələrinin "Qran-pri" mükafatı və qızıl medalının sahibi Larisa  Andreyeva ifa etmişdir.

Tamaşa gənclərin böyük marağına səbəb olmuşdur. YAP Gənclər Birliyinin həyata keçirdiyi bu layihə teatrın rəhbərliyi və əməkdaşları tərəfindən yüksək dəyərləndirilmişdir.

 

 

AzərTAc

 

Azərbaycan.- 2013.- 28 may.- S. 12.