Azərbaycan Xalq
Cümhuriyyətinin yaranmasının 95-ci ildönümü
və ümummilli
lider Heydər Əliyevin anadan olmasının 90 illik yubileyi
münasibətilə Təbrizdə təntənəli mərasim
keçirilmişdir
Azərbaycan
Xalq Cümhuriyyətinin yaranmasının 95-ci
ildönümü və ümummilli lider Heydər Əliyevin
anadan olmasının 90 illik
yubileyi münasibətilə Təbrizdə təntənəli
mərasim təşkil edilmişdir.
Azərbaycanın
Təbrizdəki baş konsulluğu tərəfindən təşkil
olunan qəbulda İran rəsmiləri, şəhər
ictimaiyyətinin nümayəndələri, kütləvi
informasiya vasitələrinin rəhbərləri, Türkiyənin
Təbrizdəki baş konsulluğunun əməkdaşları
iştirak etmişlər.
Mərasimi
giriş sözü ilə açan vitse-konsul Nəriman Orucəliyev
tədbirin mahiyyəti və proqramı barədə
iştirakçılara məlumat vermişdir.
Azərbaycanın
və İranın dövlət himnlərinin səsləndirilməsi
ilə başlanan mərasimdə çıxış edən
baş konsul Əli Əlizadə Şərqdə ilk demokratik
respublika olan Azərbaycan Xalq Cümhuriyyətinin yaranması,
fəaliyyəti və süqutunun səbəbləri barədə
danışmışdır. Cümhuriyyətin dövlətçilik
ənənələri və ümummilli lider Heydər Əliyevin siyasi fəaliyyətinin istiqamətləri
arasında paralellər aparan Əli Əlizadə qeyd
etmişdir ki, cümhuriyyət parlamenti çox qısa bir
zaman ərzində mütərəqqi
qanunlar qəbul etmiş, düşünülmüş xarici
siyasət yürüdərək böyük tarixi əhəmiyyətə
malik diplomatik addımlar atmışdır. Azərbaycan
xalqının ümummilli lideri Heydər Əliyev siyasi fəaliyyətinin
bütün dövrlərində Azərbaycanın
tanınması, dövlətimizin qüdrətlənməsi,
xalqımızın xoş və firavan həyatı
üçün məqsədyönlü strategiya həyata
keçirmişdir. Ulu öndər siyasi hakimiyyətə
qayıdışından sonra müstəqilliyin
yaratdığı imkanlardan
maksimum bəhrələnərək Azərbaycan
Respublikasını hərtərəfli inkişaf mərhələsinə
çıxarmışdır. Heydər Əliyevin müəyyənləşdirdiyi
mehriban qonşuluq və səmimi dostluq siyasəti ölkəmizin
ikitərəfli və çoxtərəfli münasibətlərində,
o cümlədən Azərbaycan-İran münasibətlərinin
inkişafında yeni bir mərhələ
açmışdır. Bu məqsədyönlü siyasətin
nəticəsidir ki, ölkələrimiz
arasında tarixi, mədəni, iqtisadi və humanitar əlaqələr
davamlı şəkildə inkişaf etməkdədir.
Mərasimdə
çıxış edən İran Xarici İşlər Nazirliyinin şimal-qərb nümayəndəliyinin
rəhbəri Seyid Əhməd Neməti 28 May - Respublika
Günü münasibətilə İran tərəfinin səmimi
təbriklərini çatdıraraq qeyd etmişdir ki, ölkələrimiz
arasında əlaqələrin inkişaf dinamikasının
qorunub saxlanması xalqlarımızın hərtərəfli
maraqlarını əks etdirir.
Mərasimdə
Azərbaycanın tarixindən və keçdiyi inkişaf mərhələlərindən
bəhs edən film nümayiş etdirilmiş,
iştirakçılara Azərbaycan həqiqətləri ilə
bağlı əyani vəsaitlər paylanmışdır. Tədbir
mədəni proqramla davam etmişdir.
Türkiyənin
Təbrizdəki baş konsulluğunun və şəhərdəki
müəssisə və təşkilatların adından ziyafət
salonuna gül çələngləri
düzülmüşdür.
Sabir ŞAHTAXTI,
AzərTAc-ın xüsusi
müxbiri
Təbriz
Azərbaycan.- 2013.- 28 may.- S. 10.