Azərbaycan Respublikasının Prezidenti zati-aliləri
cənab İlham Əliyevə
Hörmətli
İlham Heydər oğlu!
Sizi
Azərbaycanın milli bayramı - Respublika Günü
münasibətilə ürəkdən təbrik edirəm.
Sizin
ölkəniz sosial-iqtisadi, elmi-texniki və mədəni
inkişaf yolunda sanballı uğurlar qazanmışdır. Azərbaycanın
beynəlxalq məsələlərdə fəal rolu hamı tərəfindən
qəbul edilmişdir.
Rusiya-Azərbaycan
münasibətləri tarixən dostluq və mehriban
qonşuluq ənənələrinə əsaslanır. Əminəm
ki, birgə səylərimizlə konstruktiv siyasi dialoqun,
müxtəlif sahələrdə praktiki əməkdaşlığın
daha da genişlənməsini təmin edəcəyik.
Şübhəsiz, bu, xalqlarımızın
firavanlığına, həmçinin regional sabitliyin və
təhlükəsizliyin möhkəmlənməsinə şərait
yaradacaqdır.
Sizə
möhkəm cansağlığı, xoşbəxtik və
bütün işlərinizdə uğurlar, Azərbaycan
Respublikasının vətəndaşlarına firavanlıq və
rifah arzulayıram.
Hörmətlə,
Vladimir PUTİN,
Rusiya Federasiyasının Prezidenti
Azərbaycan.- 2013.- 28 may.- S. 3.