Azərbaycan Respublikasının Prezidenti zati-aliləri
cənab İlham Əliyevə
Zati-aliləri!
Milli
müstəqillik günü münasibətilə İtaliya
xalqı adından və öz adımdan dost Azərbaycan
xalqına səmimi sülh və rifah arzularımı bildirirəm.
Ölkələrimiz arasındakı mövcud səmərəli əməkdaşlığımız güclü və dərin kökləri olan dostluq əlaqələrinə, iqtisadi və mədəni sahədə getdikcə artan münasibətlərə əsaslanır. Ölkələrimizin maraqlarına xidmət edən strateji tərəfdaşlığımızın daha da gücləndirilməsi üçün qarşılıqlı şəkildə əməkdaşlıq edəcəyimizə inanıram.
Məhz
belə bir əhval-ruhiyyə ilə şəxsən Sizə
və xalqınıza cansağlığı arzu edirəm.
Ciorcio NAPOLİTANO,
İtaliya Respublikasının Prezidenti
Azərbaycan.- 2013.- 28 may.- S. 3.